Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR
07 may, 2021 00:30

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu dəqiqləşib.
Azsiyasət.com xəbər verir ki, bu, kapitan Əbülfəz Hüseynverdi oğlu Rəhmətovdur.
Əslən Lerikin Ambo kəndindən olan Əbülfəz Rəhmətov 3 iyul 1989-cu ildə dünyaya gəlib. Şəhid kapitan Vətən müharibəsində Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda döyüşüb. Oktyabrın 15-dən sonra isə ailəsinin onunla əlaqəsi kəsilmişdi.
Zabitimizin nəşi 7 aydan Cəbrayıl ərazisində sonra tapılıb. Şəhidimizin 2 övladı yadigar qalıb. Şəhid sabah doğma kəndində dəfn ediləcək.
Allah rəhmət eləsin...







