AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu

Jurnalist Smair Feyruzov özünün Facebook profilində AzTV-də yoxlamaların başladığı ilə bağlı məlumat paylaşıb.
S.Feyruzov qeyd edib ki, hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Dövlət Əmək Müfəttişliyi və Hesablama Palatası AzTV-də ciddi yoxlamalara başlayıb. Paylaşım sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı AzTV açıqlama vermək məcburiyyətində qalıb.
Bu barədə Unikal.org-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva bildirib ki, "Azərbaycan Televiziya və Radio Verilişləri"Qapalı Səhmdar Cəmiyyətində (AzTV) audit yoxlaması aparılır.
O, iki həftədir aparılan audit yoxlamasının hazırda davam etdiyini, yoxlamalar başa çatandan sonra ictimaiyyətə bu barədə məlumat veriləcəyini deyib.