General Nağıyevlə birgə həbs edilən polkovniklər azadlığa çıxdı

10 may, 2021 10:27

Ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri azadlığa buraxılıb.

Azsiyasət.com xəbər verir ki, bununla bağlı Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu məhkəmə iclasında qərar verilib.

DSX rəisinin müavini, general-leytenant Əfqan Nağıyevlə birgə həbs edilən Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazov məhkəmə zalından azadlığa buraxılıb.

Hakim onlara şərti cəza verib.

Qeyd edək ki, polkovnik N.Pənahov DSX-nin nəzdində olan “Sərhədçi” Olimpiya İdman Mərkəzinin rəis müavini, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudovun bacısının əridir.

Xatırladaq ki, general Nağıyev həbsindən 3 ay sonra, ötən ilin avqustun əvvəlində barəsindəki həbs qərarı ev dustaqlığı ilə dəyişdirilərək azadlığa buraxılmışdı. Bunun ardınca barəsindəki cinayət işinə xitam verilib.

Əfqan Nağıyev Vətən Müharibəsində bir çox strateji yüksəkliklərin azad edilməsi əməliyyatına rəhbərlik edib. Müharibə bitdikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Əfqan Nağıyeva Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyi üçün “Qarabağ” ordeni verilib. O, Cəbrayılın və Zəngilanın azad edilməsinə görə medalları ilə də təltif edilib.

Bir il öncə həbs edilən şəxslər Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları üçün balıqçılardan rüşvət almaqda ittiham olunurlar.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR