Davamçılar Fəxri xiyabanda və "Şöhrət" muzeyində olub - FOTOLAR

10 may, 2021 16:29

Bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.

Azərbaycan dövlətçiliyinin xilaskarı, dünya səviyyəli siyasi xadim Heydər Əliyev bütün ömrünü güclü və qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və onun hərtərəfli tərəqqisinə həsr edib. O, tarixin axarını dəyişən ideya və prinsipləri ilə Azərbaycanın bütün sahələr üzrə inkişafında yeni mərhələyə qədəm qoymasını təmin edib. Ulu Öndərin əbədiləşən ömür yolu, Vətən və xalq qarşısında göstərdiyi misilsiz xidmətlərin nəticəsidir ki, bu gün Azərbaycan xalqı onu unutmur, hər il dərin hörmət və ehtiramla yad edir. Bu gün xalq Ulu Öndərə olan yüksək etimadı bir daha sübut edərək Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan prezident İlham Əliyevin ətrafında sıx birləşib.

Azsiyasət.com xəbər verir ki, Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibəti ilə "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlının rəhbərliyi ilə hərəkatın katibliyi və 100-dən çox davamçı gənc Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

"Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı hərəkat adından Ulu Öndərin məzarı önünə əklil qoyub. Davamçılar Ümumilli Liderin məzarına gül dəstələri düzərək öz hörmət və ehtiramlarını ifadə ediblər.

Sonra isə davamçılar Heydər Əliyevin ömür yolunu nümayiş etdirən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasındakı "Şöhrət" muzeyini ziyarət ediblər.

Onlar nümayiş olunan müxtəlif materiallar, fotoşəkillər, arxiv sənədləri, mükafatlar, hədiyyələr ilə tanış olub, Ulu Öndərin mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti ilə bağlı geniş məlumatlar əldə ediblər. Sonda xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önündə xatirə fotosu çəkilib.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR