98 yaşlı Heydər Əliyev irsi və gənclər siyasətinin ideoloji konturları - "DAVAM" sədri yazır...

10 may, 2021 16:35

Ulu öndər Heydər Əliyev milli dövlətçilik konsepsiyasının və azərbaycançılıq ideologiyasının banisi kimi ölkə həyatının bütün sahələrində tarixi və inqilabi dəyişiklərə imza atmış fenomenal tarixi şəxsiyyətdir. O, Azərbaycan dövlətinin ideoloji-siyasi və sosial-iqtisadi əsaslarını tarixi irs, milli dəyərlər və monolit resurslar əsasında yaradaraq ölkəmizin işıqlı gələcəyini müəyyənləşdirmişdir. Ümummilli liderin müəyyənləşdirdiyi hər bir istiqamət bu gün hər bir azərbaycanlı üçün mayak rolunu oynamaqdadır.

Azərbaycanın yerləşdiyi coğrafi mövqe, xalqımızın xarakterik mental dəyərlərə sahib olması və ölkəmizin bütün dünya üçün mühüm əhəmiyyət kəsb etməsi Heydər Əliyev kimi tarixi şəxsiyyətin Azərbaycana rəhbərlik etməsini tarixi zərurətə çevirirdi. Təsadüfi deyil ki, ötən əsrin 90-cı illərinin əvvəllərində vətəndaş müharibəsi poliqonuna və xarici dövlətlərin intriqa mərkəzinə çevrilən Azərbaycan məhz Heydər Əliyevin qətiyyətli addımları nəticəsində siyasi və iqtisadi müstəqillik əldə etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanın bütün sahələr üzrə davamlı və dayanıqlı inkişafını özünün həyat kredosuna çevirdi. Eləcə də gənclərin önə çəkilməsi, dövlətin gənclər siyasətinin müəyyənləşdirilməsi, bu istiqamətdə praktiki addımların atılması ulu öndər Heydər Əliyevin atdığı milli addımların tərkib hissələrindən biri idi.

Hələ ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev SSRİ-nin tərkibində olan Azərbaycanda gənc milli kadrlar yetişdirmiş və minlərlə azərbaycanlı gəncin ali təhsil almasının, mütəxəssis kimi yetişməsinin əsas təşəbbüskarı olmuşdur. Ulu öndər ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövr ərzində gənclər siyasəti sahəsində nə baş verdi? Məhz ulu öndər Heydər Əliyevin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmanla həmin tarix “Azərbaycan Gənclər Günü” elan edildi və bununla da ölkəmizdə gənclər siyasətinin gələcək ideoloji-siyasi konturları tamamilə müəyyənləşdirilmiş oldu.

Həmin andan etibarən gənclər siyasəti təkcə inzibati resurslar üzərində qurulmadı və qısa müddət ərzində Azərbaycanda: Gənclərə milli inam və etimad hissini bərpa etmiş oldu, kadr və mütəxəssis kimi yetişmək onlar üçün əsas prioritetə çevrildi, dövlətçilik və azərbaycançılıq ideologiyası daha da möhkəmləndi. Qısası, ümummilli lider Heydər Əliyev demokratik, müasir və güclü dövlətin qurulmasında gənclərin gücündən istifadənin vacibliyini vurğulayaraq işğal altında olan torpaqlarını azad edən bugünkü güclü Azərbaycanın inkişaf tezislərini tarixi irs kimi öncədən müəyyənləşdirmiş oldu.

Heç şübhəsiz, cənab Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə olan sonsuz inam və etimadı, gənc kadrların önə çəkilməsi, onlara mühüm və ölkə əhəmiyyətli məsələlərin həvalə olunması biz gəncləri daha güclü Azərbaycan üçün fədakar şəkildə çalışmağa məcbur edir. Əminik ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətli şəkildə davam etdirilən gənclər siyasəti gələcəkdə özünün inkişaf konturlarını daha da genişləndirəcəkdir.

Harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlı gənc ulu öndər Heydər Əliyev ideyalarını rəhbər tutmalı, bu ideyalar əsasında öz dövlətinə xidmət etməli və cənab Prezident İlham Əliyevin ətrafında bir yumruq şəklində birləşərək Azərbaycanın daha güclü dövlətə çevrilməsi üçün əlindən gələni etməlidir.

Biz sevinməliyik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev biz gənclərə daim önəm verir, gənclərin bilik və bacarıqlarından istifadənin vacibliyindən danışır və bu gün dövlət strukturlarında gənclər mühüm postlarda xalqımıza ləyaqətlə xidmət edirlər.

"Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR