Mübarizi öldürmək üçün deputatın otelinə gətirilən Quli niyə qətlə yetirildi? - VİDEO

11 may, 2021 00:52

Türkiyənin oğru dünyasının tanınmış ismi Sedat Pekerin ötən gün yaydığı video-müraciət sensasiya doğurub.

Azsiyasət.com bakupost.az-a istinadla xəbər verir ki, “Lotu Quli” adı ilə tanınan Nadir Səlifovla yaxın münasibətləri olan Sedat Peker bir çox iddialar səsləndirib.

S.Pekerin iddiasına görə, ən ciddi məsələlərdən biri Lotu Qulinin Türkiyəyə daxil olması ilə bağlıdır. Belə ki, Lotu Qulinin adamları Ədirnədə polis öldürdüyü üçün o, Türkiyədən deport olunub.

Belə halda “Lotu Quli Türkiyədə necə yerləşə bilib” sualını Pekerin səsləndirməsi olduqca aktualdır.

Quli Türkiyədən deport olunmuşdu?

Lotu Qulinin Türkiyədən deport olunması barədə rəsmi məlumat 4 yanvar 2020-ci ildə yayılıb. Həmin vaxt Türkiyə Daxili İşlər Nazirliyinin İstanbul İdarəsi İstanbulda cinayət təşkilatının Azərbaycan əsilli iki liderinin saxlanılaraq ölkələrinə deport edildiyini açıqlamışdı. Deport olunanlar isə Lotu Quli və Anbar S. adlı şəxslər idi.

Bu, Lotu Quli ilə bağlı İstanbul polisinin ilk əməliyyatı deyildi. 2018-ci ilin oktyabr ayında da Lotu Quli saxlanılmışdı və onun ölkədən deport oluna biləcəyi qeyd olunurdu. Lakın təxminən bir ay sonra Quli azadlığa buraxılmış, onun deport olunması üçün "əsas" tapılmamışdı.

Qulini azad etdirən, deport olunma qərarından sonra Türkiyədə yaşamasına şərait yaradan kimdir?

Peker bu işdə Mehmet Ağarın adını çəkir. İddia edir ki, İstanbulda 2018-ci ildə həbs olunarkən onu Mehmet Ağarın müdaxiləsi ilə azad ediblər.

Bəs, Mehmet Ağar kimdir?

Mehmet Ağar olduqca mübahisəli şəxs sayılır. 1951-ci ildə Ankarada anadan olan Ağar Türkiyədə bir çox yüksək vəzifələr daşıyıb: 1993-95-ci illərdə Türkiyə Əmniyyət müdiri, 1996-cı ildə ədalət naziri, daha sonra isə daxili işlər naziri vəzifəsini daşıyıb.

1995, 99 və 2002-ci illərdə millət vəkili seçilib. 2002-ci ildə Doğru Yol Partiyasının sədri olub, 2007-ci ildə isə seçkilərdə uğur qazana bilmədiyinə görə vəzifəsindən ayrılıb. Demokrat Partiyasını qurub və sədri olub. 2008-ci ildə isə sədrlikdən gedib, yerinə Süleyman Soylu (hazırkı daxili işlər naziri) seçilib.

Mehmet Ağara qarşı həddən artıq ittihamlar var. O, 1993-1996 arasında silahlı qruplaşma yaratmaqda, məşhur Abdullah Çatlının yerini bildiyi halda xəbər verməməkdə və gizlənməsinə yardım etməkdə, Abdullah Çatlı və Yaşar Özə qanunsuz olaraq silah daşıma izni verməkdə ittiham olunurdu.

Bu, hələ hamısı deyil. O, narkotik qaçaqmalçılığında da adı hallanan şəxsdir. Bir çox narkotacir və kriminal şəxsə diplomatik pasport verməkdə və onlara geniş şərait yaratmaqda, Avropada belə bu şəxslərin rahat fəaliyyət göstərməsinə çalışmaqda ittiham edilib. Onun fəaliyyətinə görə AB-nin rəsmi açıqlamasında Türkiyə "dövlət səviyyəsində narkotik qaçaqmalçılığına dəstək verməkdə" ittiham edilib.

Ağarın adı dəfələrlə bu tip saysız-hesabsız ittihamlarda çəkilsə də, hər dəfə xilas olmağı bacarıb. 2008-ci ildə yenidən sorğulanmağa başlayan Ağarla bağlı 2011-ci ildə 5 illik həbs cəzası verilib. Onun 3 ili “istintaq müddətinə” sayılıb, geridə qalan 2 ilin isə yalnız bir ilini həbsdə keçirərək, 2012-də azadlığa çıxıb.

Quli Mənsimovu öldürmək üçün Türkiyədə qalır...

Lotu Qulinin deport qərarına baxmayaraq, Türkiyədə yerləşə bilməsində Mehmet Ağarın rolu olduğunu deyən Sedat Pekerin iddiasına görə, o, Mübariz Mənsimovu öldürmək üçün bu ölkədə qanunsuz olaraq saxlanılıb.

Deyilənlərdən belə çıxır ki, Lotu Qulinin 2020-ci il 4 yanvardan 2020-ci ilin 15 martına qədər, təxminən iki ay yarım vaxtı olub. Ancaq görünür, Quli Ağarın göstərişini icra etməyib və yaxud icra edə bilməyib.

“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov 15 mart 2020-ci ildə saxlanılmışdı, 17 martda isə barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Peker Mübarizin həbsində də Mehmet Ağarı ittiham edib. Maraqlıdır ki, Peker Mehmet Ağarın türmədə yatdığı vaxt ona bütün dəstəyi Mübariz Mənsimovun göstərdiyini, onun üçün türmədə “cakkuzi”yə, helikopter meydançasına qədər tikdirdiyini deyir, Ağarın isə buna “qarşılıq” olaraq əvvəlcə Mübariz Mənsimovu öldürmək istədiyi, daha sonra isə - bu alınmadıqda, həbs etdirdiyini və var-dövlətinə əl qoyduğu, Bodrumdakı milyardlıq əmlakını əlindən aldığını iddia edir.

Belə görünür ki, Mübariz Mənsimovun həbsinin səbəbi FETÖ ittihamları deyil, kriminal qruplaşmaların içində olmasıdır.

Quli niyə qətlə yetirildi?

Sedat Pekerin ən sensasion iddialarından biri Qulinin qətlində də Mehmet Ağarın əlinin olmasıdır. Belə təxmin yaranır ki, Quli Mübariz Mənsimovu öldürə bilmədiyinə və yaxud öldürmədiyinə görə qətlə yetirilib.

Lotu Qulini Xan Əhmədlinski qətlə yetirmişdi. Bu qətldən sonra isə Rövşən Lənkəranskinin əmlaklarını idarə edən yeznəsinin buna görə 3,5 milyon dollar ödədiyi haqda informasiyalar yayıldı.

Belə ehtimal ortaya çıxır ki, Mübariz Mənsimovun həbsindən sonra Lotu Qulinin qətli üçün Mehmet Ağar Rövşən Lənkəranskinin adamları ilə birləşib.

Qətl hadisəsinin baş verdiyi məkan

Bu məqamda ən diqqət çəkən məsələ Qulinin deport qərarı olduğu halda qanunsuz olaraq yerləşdiyi məkandır.

Lotu Quli Antalyadakı “Alva Donna Exclusive Hotel Spa” otelində qalırdı və burada da 20 avqust 2020-ci ildə qətlə yetirilmişdi.

Adı çəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir. Antalyanın ən elit və böyük təsislərindən olan otelin bir nəfər üçün tək gecəlik qiyməti 200 dollar civarındadır. Əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan “Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Vertex İnvestment Limited” şirkətinə satılıb.

Yerli mediada məlumat yayılıb ki, adıçəkilən şirkət daha sonra “Alva Donna Group” şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib.

Türkiyə mediası bu otelin də azərbaycanlılara aid olduğunu yazmışdı.

Sərxan Babayev millət vəkili Malik Həsənovun yaxın adamıdır. Başqa sözlə desək, bu otelin sahibi Malik Həsənovdur.

Quli necə olub ki, bu otelə yerləşib? Onu Türkiyədən deport qərarı olduğu halda, hansı sənədlə oteldə “qonaq” saxlayıblar və ümumiyyətlə, bu otel rəhbərliyinin Mehmet Ağar və Lotu Quli ilə hansı bağları olub?

Daha bir vacib detal

Malik Həsənov Azərbaycanın cənubundandır, elə Sərxan Babayev də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. Mübariz Mənsimovun da o bölgədən olması bu şəbəkəni birləşdirən cəhətlərdən sayılır. Üstəlik, Rövşən Lənkəranskinin Mübariz Mənsimovla yaxşı münasibətləri olduğu haqda məlumatlar vardı.

Beləliklə, Lotu Quli niyə məhz bu oteli seçib və yaxud niyə bu otel onun üçün “seçilib”? Bu otelin “seçilməsi” sui-qəsdin tərkib hissəsimi olub?

 

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"