3 yaşında oğlunun dilini açan ana - Aynur Musayevanın uğur hekayəsi

13 may, 2021 15:48

"Onun ən böyük arzusunu həyata keçirəcəyəm – Laçından torpaq gətirib atamın məzarına səpəcəyəm”

Aynur Musayeva Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) fəal üzvüdür. Xeyriyyəçilik və sahibkarlıq fəaliyyəti ilə məşğul olan müsahibimiz həm də fəal ictimaiyyətçidir. Aynur xanım Azərbaycanda örnək analardan sayıla bilər. Eşitmə-danışma qüsuru olan oğlunun dilini açması barədə əhvalatı eşitmək insanda qürur hissi formalaşdırır, Azərbaycan qadının mətinliyi və iradəsi barədə xoş təəssüratlar oyadır. O, tanınmış iqtisadçı alim və fəal ictimaiyyətçi, mərhum professor Kamil Həsənovun qızıdır. Aynur Musayevanın sözlərinə görə, atası bütün şüurlu fəaliyyətini Azərbaycan dövlətçiliyinin inkişafına, Heydər Əliyev ideyalarının təbliğinə həsr edib.

DOSYE: Aynur Musayeva Bakıda ziyalı ailəsində anadan olub. Gəncə Dövlət Universitetinin Tarix fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini bitirib. Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan A.Musayeva Qüsurlu Uşaqların İnkişafı mərkəzinin, qadın geyimləri, moda və gözəllik salonunun təsisçisidir. Rəhbəri olduği Fiziki və Əqli Qüsurlu Uşaqların İnkişafı ilə məşğul olan mərkəzi təmannasız olaraq fəaliyyət göstərir. Şüarı isə budur: Dünyada xəstə uşaq olmasın!

Aynur xanım, ənənəvi sualdan başlayaq. Necə oldu ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəldiniz?

– Baxmayaraq ki, mənim iki ali təhsilim var, həm tarixçi, həm də iqtisadçıyam, estetik sahəyə xüsusi marağım var idi. Atamdan bizə keçmiş bəzi zəruri xüsusiyyətlər var ki, hər zaman onu tətbiq etmişik. Bu nədir? Biz daim yenilənməyə, öyrənməyə, öz üzərimizdə işləməyə, bir sözlə yeni sahələrdə özümüzü sınamağa vərdiş etmişik. Görəndə ki, bu artıq istək yox, ehtiyacdır, o zaman bu sahənin də incəliklərini dərindən öyrənməyə qərar verdim. Türkiyədə müvafiq kurslarda iştirak etdim və sertifikatlar əldə etdim. Sahibkarlıq fəaliyyətinə qədəm qoyana qədər bu sahədə fəaliyyət göstərən insanlara məsləhətlər verir, yön göstərirdim. Dəb tərtibatı sahəsində əldə etdiyim təcrübəni başqaları ilə bölüşürdüm. Toyların, şənlik mərasimlərinin dizaynı ilə məşğul olurdum. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, zövq məsələsində kifayət qədər təcrübəm var və bu hər zaman mənim işimə yarayıb. Məhz elə bu səbəbdən də vaxtaşırı irimiqyaslı təkliflər alırdım. Görəndə ki, artıq bu sahəyə nüfuz etmişəm, öz biznesimi qurmağı qərara aldım. Bu gün Uşaq İnkişaf Mərkəzi ilə yanaşı, estetik mərkəzimizlə, qadın geyimləri mağazası ilə də xanımlarımızın xidmətindəyik. Sevə-sevə gördüyümüz işlərdən həm zövq alıram, həm də xanımlarımıza, Mərkəzimizə müraciət edən qüsurlu uşaqların valideynlərinə xidmət edirik.

Deməli, bir sahədən digər sahələrə də keçid etmisiniz. Uşaq inkişaf mərkəzini yaratmaq qərarı hansı zərurətdən qaynaqlandı?

– Mənim oğlum anadangəlmə lal-kar idi. Hazırda 22 yaşı var. Çox gözəl rəssamdır. Oğlum Fuad dünyaya gələndən sonra bütün həyatımı ona sərf etdim. Bir il altı ay Türkiyənin İzmir şəhərində məhz oğluma görə kurslar, xüsusi təlimlər keçdim, treninqlərdə oldum. Yorulmaq bilmədən çalışdım, öz üzərimdə işlədim. Bu təlimlərdə lal uşaqlarla rəftar qaydalarını dərindən mənimsədim. Həm onun tərbiyəsi ilə, həm də dilinin açılması ilə məşğul olurdum. Və nəhayət, məqsədimə nail oldum. Bu mənim həyatımda ən fərəhli gün idi. Fuad bu gün danışır. Mənim üçün bir ana, qadın olaraq bundan böyük xoşbəxtlik ola bilməz. Hazırda Azərbaycan Rəssamlıq Akademiyasında oxuyur və ilk belə uşaqdır ki, akademiyada təhsil alır. Özü üçün 2000 manat pul yığmışdı ki, peşəkar fotoaparat alsın. Onu məndən xəbərsiz aparıb “Yaşat” Fonduna ödəyib. Fuadın taleyi məni fikizi və əqli qüsurlu uşaqları sevməyə, həyatımı onlara sərf etməyə təhrik etdi. Üzr istəyirəm, Fuada görə ikinci uşağım gec oldu. Çünki, mən öncə Fuadı cəmiyyət üçün yararlı bir övlad kimi yetişdirməliydim. 3 yaşında buna nail oldum. Fuad 7 yaşından avotmobil idarə edir, sürücülük vəsiqəsi var. Lal dostu yoxdur. Oruc tutur və hər axşam dostları ilə iftarda iştirak edir. Hazırda nişanlıdır və nişanlısı onu çox sevir. Buna nail olandan sonra qərara gəldim ki, Uşaq İnkişaf Mərkəzi yaratdım. İllərdir ki, bu mərkəzdə tam təmənnasız şəkildə uşaqlara xidmət göstərirəm. Burda bir xeyriyyəçi kimi ehtiyacı olan ailələrin, uşaqların yanındayıq. Hesab edirəm ki, bu bizim Yaradan qarşısında insanlıq borcumuzdur. Daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına töhfə verməyə çalışırıq. Əllərimlə onlara yemək yedizdirirəm. Dünyanın ən ali varlığı insan, ən saf incisi isə uşaqlardır. Hərdən düşünürəm ki, əsil insan olmağın yolları haqqında daha çox oxumağa, öyrənməyə ehtiyac var. Sevgi dolu bir dünya yaratmaq üçün, birlik-bərabərlik üçün, hüzur üçün, sülh üçün insanlıq mütləq yüksəlməli və yüksəltməlidir. Biz nə qədər mənən təmizlənsək, inkişaf etsək Allahın yaratdığı zəif varlıqlara bir o qədər sevgi, qayğı ilə yanaşacayıq. Allah bu yolda bütün insanlığın yardımçısı olsun.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasında da aktivliyiniz müşahidə olunur. Qurumdakı fəaliyyətinizlə bağlı nə deyərdiniz?

– AQSİA Azərbaycanda ən uğurlu qadın platformasıdır, desəm yanılmaram. Assosiasiyadan çox böyük gözləntilərimiz var. Çünki işgüzar xanımların bir araya gəlməsi həm onların özlərinə, həm də cəmiyyətə böyük töhfədir. Təcrübə mübadiləsi, qarşılıqlı əməkdaşlıq, birgə təlimlər, vahid qərarlar bizim qarşımızda böyük imkanlar açır. Bu qurum İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən ərsəyə gətirilib. Biz sahibkarlar hər zaman dövlətin dəstəyini öz üzərimizdə hiss edirik. AQSİA-nın əsas fəaliyyət istiqamətlərindən biri də xeyriyyəçilikdir. Mənim atam hər zaman xeyriyyəçi olub. Bizə insanlara yardım etməyi, onlara əl tutmağı öyrədib. Bu bizim qanımıza hopub. Buna qədər fərdi şəkildə xeyriyyəçilik fəaliyyəti göstərirdimsə, artıq AQSİA daxilində bunu kollektiv şəkildə, daha geniş formatda həyata keçiririk. İstər koronavirusla bağlı sərt karantin dönəmində, istərsə də 44 günlük Vətən müharibəsi zamanı yaradılan fondlara ianələr köçürür, ehtiyacı olan insanlara yardım əlimizi uzadırdıq. Bu gün AQSİA peşəkar şəxslər tərəfindən idarə olunur. Fəxr edirik ki, belə peşəkar və işgüzar qadınlarla bir arada fəaliyyət göstəririk. Bu nümunələr mütləq ki, gənc sahibkar xanımların hərtərəfli formalaşmasına öz təsirini göstərəcək. Azərbaycan qadını AQSİA daxilində də, hətta öz üzvlərində qürur hissi yaşadır..

Əslən Laçın rayonundansınız. 28 il sonra Laçın işğaldan azad edildi. Hansı hissləri keçirdiniz?

– Torpaqlarımızın işğaldan azad olunması zamanı keçirdiyim hissləri sözlə ifadə etməyə çətinlik çəkirəm. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, mərhum atam Kamil Həsənov fəal ictimaiyyətçi idi. Onun ən böyük arzusu Laçını, Qarabağımızı azad görmək idi. Düzdür, bu atama nəsib olmadı. Üç il öncə dünyasını dəyişdi. Amma atam əmin idi ki, ömür boyu xidmət etdiyi Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcək. Atamın arzusu çin oldu. Bu böyük tarixi Zəfəri bizə yaşadan Cənab Prezident İlham Əliyevə təşəkkür edirik. Şükürlər olsun Allahımıza ki, bu günü görmək bizə nəsib oldu. İnşallah icazə verilən kimi, Laçına gedəcəyəm. Oradan da atamın məzarı üstə doğma kəndimizin torpağını gətirəcəyəm. Onun ruhunu şad edəcəyəm. Biz artıq qalib xalqıq və bu qüruru bizə yaşadan Ali Baş Komandana və Azərbaycan Ordusuna borcluyuq.

Son dövrlər qadınların cəmiyyətdə rolu artır. İstər dövlət idarəetməsində, istərsə də özəl sektorda xanımlarımız yüksək vəzifələrdə işləyir, bütövlükdə cəmiyyətin inkişafına təkan verirlər.

– (Sözümüzü kəsir.) Azərbaycanda müasir qadın hərəkatının formalaşması Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Mehriban xanım Azərbaycan qadının ən mükəmməl obrazıdır. Biz ondan çox şeylər əxz edirik, öyrənirik: Vətənə sevgi, dövlətə bağlılıq, humanistlik, qayğıkeşlik, mərhəmət, yardımsevərlilik, incəlik, zərafət və s. Mehriban xanım hər zaman, gərgin iş rejimi ilə bərabər problemi olan insanların yanındadır. Biz də bacardığımız qədər bu yolu davam etdirməyə çalışırıq. Çalışırıq ki, Mehriban xanımdan örnək götürdüyümüz nəcib keyfiyyətləri inkişaf etdirək, yayaq, təbliğ edək, insanlara dəstək olaq. Çox şanslıyıq ki, İlham Əliyev kimi müdrik, uzaqgörən rəhbərimiz, bizi öz əməlləri ilə mənəvi inkişafa səsləyən Mehriban Əliyeva kimi Birinci vitse-prezidentimiz var. Tam səmimiyyətimlə deyirəm ki, Azərbaycanı gözləyən uğurlar hələ qarşıdadır. Çünki biz tarix yazmağa davam edirik. Etiraf edək ki, son dövrlər ölkə miqyasında həyata keçirilən islahatları hər bir ölkə vətəndaşı öz gündəlik həyatında hiss edir. Bu daha gözəl, daha uğurlu, daha xoşbəxt gələcək vəd edir.

Azər Niftiyev,

SOSİUM.az

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"