Qobustan Gənclər Evinin direktoru Anar İrzaquluyev: "Xarıbülbül" Musiqi Festivalı xalqımızın qalibiyyət rəmzi oldu"

14 may, 2021 10:35

"Azərbaycan Ordusu 44 gün davam edən İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanaraq 30 illik işğala son qoydu və ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın yeni tarixinə qızıl hərflərlə adını yazdırdı".

Azsiyasət.com xəbər verir ki, bu fikirləri Qobustan Gənclər Evinin direktoru Anar İrzaquluyev Şuşada keçirilən "Xarıbülbül" festivalının tarixi əhəmiyyətindən danışarkən bildirib. 

O qeyd edib ki, Azərbaycana qarşı başlatdığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir:

"Bütün bunlara baxmayaraq ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması, Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edirdi. Biz, Azərbaycan vətəndaşları olaraq sonsuz fərəh hissi keçiririk ki, Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşmişdir. Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası olmuşdur. Cənab Prezidentin imzaladığı Sərəncam Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir. Bundan əlavə onu da qeyd etmək istəyirəm ki, Cənab Prezident İlham Əliyev Şuşaya səfər edərkən söyləmişdir: "Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Ermənilərin bütün cəhdlərinə baxmayaraq, onlar Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməmiş, 28 il ərzində buna çalışmış lakin nail ola bilməmişlər. Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi"".

32 ildən sonra Cıdır düzündə Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı Azərbaycan Respublikası Prezidentinin tapşırığı, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən baş tutduğunu bildirən Anar İrzaquliyev bildirib ki, festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunub: 

"Artıq bundan sonra hər il Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək. Bu, o deməkdir ki, Azərbaycan həm də mədəniyyətini işğaldan azad edib. Bir zamanlar mahnılarımızı, musiqilərimizi oğurlayıb öz adlarına çıxaran ermənilər, Şuşada yallı rəqsiylə qürrələnən mənfur düşmən indi bu mənzərəni görüncə, başqasının haqqına göz dikməyin nə olduğunu dərk etməlidir. Onlar bizim bütün mənəvi irsimizi dağıtmaq, bir hissəsini isə öz adlarına çıxmaq istəyirdilər, lakin mənfur niyyətləri ürəylərində qaldı. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşa Azərbaycanın qalibiyyət rəmzidir. Bizim zəfərimiz bütün dünyaya yayılıb. Artıq bu qələbədən dolayı xarici dövlətər bizə daha dərin hörmətlə yanaşır, bizim gücümüzü, qüdrətimizi qəbullanır. Bundan sonra Şuşadan neçə-neçə sənətkar yetişəcək, mədəniyyətimizi və incəsənətdə zəfərimizi dünyaya təqdim edəcək!". 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR