Həbsdə olan Rasim Məmmədovun bacanağı özünü niyə asıb?

16 may, 2021 13:37

“Baku Steel Company” MMC-nin Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədov hətta yaxın qohumunu çirkin məqsədlərinin qurbanına çevirib.

AZSİYASƏT.COM xəbər verir ki, bu barədə keçmiş deputat Nazim Bəydəmirli bildirib.

“Xaricdən bir dostum yazmışdı ki, bəs bilirsənmi "Baku Steel Company" MMC-nin keçmiş rəhbəri Rasim Məmmədovun bacanağı intihar edib? Əlavə də etdi ki, Rasim onu öz yanına işə götürübmüş. Bu da dürüst insan olduğuna görə Rasimin müavini Çingizlə mübahisə edib ki, sizin gördüyünüz iş biznes deyil, quldurluqdur, haramdır və s. Bu söhbət böyüyüb, nəticədə bacanağı Rasimlə dalaşıb və işdən çıxıb. "Bərk gedən bacanaq" da təsir edib baldızını boşadıb”, - deyə keçmiş deputat bildirib.

Onun sözlərinə görə, Rasim Məmmədovun Elşən Rəhimov adlı keçmiş bacanağı ailəsi dağılandan sonra xaricə gedərək orada kargo şirkəti qurub.

“Rasim tutulandan sonra gəlib Bakıya ki, ailəsi ilə barışıq etsin, nə isə bunu eşidən hüquq-mühafizə orqanları adamı həbs ediblər, anası tanış deputat vasitəsi ilə həmin həbs edənlərlə təmas quraraq deyib ki, adamın Rasim Məmmədovla heç bir əlaqəsi yoxdur, adama bəlkə də işgəncə də veriblər. Nə isə boşanma sənədləri və şahidlərdən sonra açıb buraxıblar”, - Nazim Bəydəmirli qeyd edib.

Keçmiş deputat deyib ki, sonradan Elşən Rəhimovun biznesinə Azərbaycandakı yüksək vəzifəli şəxslərdən biri göz dikib. Həmin məmur Rasim Məmmədovun keçmiş bacanağına şirkəti onun adamlarına təhvil verməsini tapşırıb: 

“Elşən Rəhimov bütün bunlardan sonra Ramazan bayramı günü sonuncu dəfə keçmiş həyat yoldaşının yanına gedib, barışmağı və Azərbaycandan getməyi təklif edib, söhbət alınmayıb və o anasının evinə gedrərək özünü asıb”.

Rasim Məmmədovun həbsi barədə yanvarın 28-də məlumat yayılıb. Fevralın 1-də isə məlumat təsdiqlənib. Bəlli olub ki, “Baku Steel Company” MMC-nin keçmiş sahibinə Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Rasim Məmmədov Ramiz Mehdiyevin yaxınlarının şikayəti əsasında həbs edilsə də, uzun illər AMEA prezidentinin yaxın adamı kimi tanınıb. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR