"Poliklinikada heç kim yoxdur!" "deyib peyvənd vurmadılar"

16 may, 2021 14:41

Koronavirus əleyhinə vaksinasiya üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçən jurnalist poliklinikaya yaxınlaşsa da, peyvənd oluna bilməyib.

AZSİYASƏT.COM qafqazinfo.az-a istiandla xəbər verir ki, bu barədə jurnalist Kamran Mahmudov feysbuk hesabında yazıb. O qeyd edib ki, peyvəndlə bağlı saytda 15 may, saat 14:00-15:00 üçün 39 saylı şəhər poliklinikasını seçib:

“Qeydiyyatdan keçdiyim vaxt poliklinikaya yaxınlaşmışam, mənə deyirlər ki, bu gün vaksinasiya saat 14:00-a qədər olub, poliklinikada indi heç kim yoxdur. Deyirəm bəs necə olur ki, saat 14:00-a qədər işləyirsiz, amma qeydiyyata da adam götürürsüz? Deyirlər ki, bu, bizim günahımız deyil, randevu saytının günahıdır. Poliklinikanın baş həkiminin müavininin cavabı isə daha unikal oldu. Deyir ki, siz niyə başqa poliklinikanı deyil, məhz bizim poliklinikanı seçmisiz ki? Daha nə deyim bilmirəm. İctimai nəqliyyatın işləmədiyi bir vaxtda boş vaxt tapıb, qeydiyyatdan keçib, taksi ilə vaksin olunmağa gedirsən, onda da qeydiyyatdan keçdiyin poliklinika öz keyfi ilə işləməsin”. 

Sözügedən poliklinikanın baş həkiminin müavini Sevda İsgəndərova ilə əlaqə saxladıq. O, məsələ ilə bağlı məlumatlı olduqlarını və həmin vaxt poliklinikanın işləməli olduğunu bildirdi:

“Bu məsələ araşdırılacaq və həmin vaxt orada olmalı olan personal barəsində lazımi tədbir görüləcək. Çünki poliklinikalar həmin gün də adi qaydada işləyib.  Araşdırılacaq ki, həmin gün kimlər işdə olub və məntəqəni niyə tez bağlayıblar. Onlarla bağlı müvafiq tədbir görüləcək”.

S.İsgəndərova həmçinin bildirib ki, yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur: “Biz yerindəcə həmin şəxsə randevu götürə bilərik. Nə vaxt istəsə yenidən peyvəndə gələ bilər”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI