Kəmaləddin Heydərov generalı niyə işdən çıxarıb? - Məmur oğlunun qalmaqallı keçmişi

16 may, 2021 23:33

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun işdən çıxardığı general-mayor Ramin Cəfərov məmur oğludur.

Azsiyasət.com hit.az-a istinadən xəbər verir ki, general-mayorun atası Nazim Cəfərov 2001-2004-cü illərdə “Aztelekom”un rəhbəri olub. Hazırda Nazim Cəfərovun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək vəzifədə çalışdığı bildirilir.

Mülki Müdafiə Qoşunlarının komandan müavini vəzifəsində çalışmış Ramin Cəfərovun işdən çıxarılmasına gəlincə, bu barədə məlumat yeni yayılsa da, generalın əslində bir neçə il əvvəl vəzifəsinin itirdiyi bildirilir. İddialara görə, Ramin Cəfərovun işdən çıxarılmasının kökündə onun qalmaqallı şəxs olması dayanır.

2016-cı ildə Ramin Cəfərovun adı silahlı insidentdə hallanırdı. Həmin vaxt mətbuatda Binəqədi Rayon Polis İdarəsinə istinadən yayılan məlumatlarda bildirilirdi ki, Bakının 6-cı mikrorayon ərazisində “Lexus” avtomobilini idarə edən (dövlət nömrə nişanı 90 SH 900) Ramin Cəfərov Füzuli rayon Polis Şöbəsinin ictimai təhlükəsizlk şöbəsinin sahə müvəkkili Rafael Xudiyevə tapança çəkib.

İlkin təhqiqat zamanı müəyyən olunub ki, gecə saat 02.00-da S.Məmmədov küçəsində Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin 31 yaşlı zabiti Famil Quliyevlə FHN-in xidmət rəisi, 39 yaşlı general-mayor Ramin Cəfərov arasında münaqişə yaranıb. Quliyev “Mercedes” markalı avtomobilin, Cəfərov isə “Lexus”un sükanı arxasında olub.

Münaqişənin kökündə sürücülərin bir-birlərinə yol verməməsi olub. İddialara görə, general Ramin Cəfərov Famil Quliyevi təhqir edərək hadisə yerindən uzaqlaşıb. Bu zaman Famil Quliyevin arxasınca “Opel” markalı avtomobili ilə hərəkət edən tanışı-sahə müvəkkili Rafael Xudiyev generalın avtomobilinin arxasınca düşərək onu ötüb və qarşısını kəsib. Ramin Cəfərov bundan qəzəblənərək maşından düşüb və “Jeriko” markalı tabel silahını çıxararaq polisə tuşlayıb.

Lakin polis generala yumruq zərbəsi endirib və onun silahını əlindən alıb. Daha sonra hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Onların izahatı alınaraq sərbəst buraxılıb. İş üzrə materiallar Binəqədi Rayon Prokurorluğuna verilib. Bu iddialar təkzib olunmayıb.

İddia olunur ki, hadisə 2016-cı ildə baş versə də, Ramin Cəfərovun işdən çıxarılmasında bu olay da əhəmiyyətli faktora çevrilib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR