“Azərbaycan tarixi”nin dərs saatları niyə azaldılır?” – “Ölkəmizin tarixi barədə dərs keçməkdən qaçırıqsa...” - Təhsil eksperti danışır

21 avqust, 2020 12:21

Təhsil Nazirliyi ali məktəblərdə “Azərbaycan tarixi”inin fənninin dərs saatlarını ixtisar etmək istəyir. 2020-2021-ci illər tədris planında Azərbaycan tarixinin dərs saatlarının tarix fakultələrində 210 saata, qeyri-tarix fakultələrində 120 saatdan 60 saata qədər azaldılması nəzərdə tutulur. Bu məsələ cəmyiyətdə ciddi narahatlıq doğurub.

"Bu məsələdə tarixçilərin də günahı var, amma əsas günah Təhsil Nazirliyindədir”.

“Azərbaycan tarixi”nin dərs saatlarının ixtisara salınması doğru addımdırmı? Ümumiyyətlə, bu kimə və nə üçün lazımdır? Dövətçilik baxımından bu qərar nə dərəcədə doğrudur? “Azərbyacan tarixi”ni ixtisara salmağa nə zərurət var?

Bütün bu suallara cavab almaq üçün “Azsiyasət.com” saytı təhsil eksperti Kamran Əsədovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirdi ki, biz müharibə şəraitində yaşayırıq, dünyada bizim tariximizə, mədəniyyət abidələrimizə, milli sərvətlərimizə və dəyərlərimizə qarşı ikili, üçlü münasibətin olduğu bir vaxtda bu tip fənlər daha çox keçirilməlidir:

“Təəsüf ki, bizdə bu tip məsələlərə yanaşma fərqlidir. Məsələyə iki cür yanaşma var. Birinci yanaşma odur ki, biz bunu dərs saatlarını azaldırıq və əvəzində nəyi keçirik? Əgər biz bu gün qonşu dövlətlərlə Qarabağın ərazisi məsələsini də müzakirə predmetinə çevririksə, deməli, hələ yetərli qədər tədqiqat aparmamışıq, dərsliklərimizdə materiallarımız azdır və dünyaya bunu çatdıra bilmirik. Əgər biz öz ölkəmizin zəngin və qədim tarixi barədə dərs keçməkdən qaçırıqsa, niyə dünya ölkələri bizim zəngin tariximizdən hər hansı bir səhifə ayırmamalıdır? Bilirsiniz, bu milli məsələdir. Ola bilər ki, yaxşı mühəndis, aqronom yetişdirə bilmirsiniz, amma siz bütün bu məsələlərin fonunda yaxşı mütəxəssis yetişdirməyə məcbursunuz. Təəssüf ki, 70 il tariximizi özümüz yazmamışıq. Sovet imperiyasının tərkibində idik və onların diktəsi ilə bir çox tarixi hadisələrə yanlış yanaşma tərzi var idi. İndi müstəqilik. Düşünürəm ki, milli qələbələrimizə, qəhrəmanlarımıza daha çox yer ayırmaqla tariximiz daha sistemli və qabarıq şəkildə yazılmalıdır”.

K.Əsədov qeyd edib ki, ali təhsil müəssisələrini bitirən şəxslər əmək bazarına ixtisaslı kadr olaraq gedirlər:

“Onlar ilk növbədə tarixlərini bilməlidirlər. Etiraf edək ki, bizim bayraq, dövlət, millət sevgimiz türklərlə müqayisədə azdır. Bu ona görədir ki, bizim kitablarımzdakı tarixi informasiyalar oxuculara yorucu şəkildə çatdırılır. Halbuki, daha aydın, anlaşıqlı formada çatdırılsaydı, fərqli bir nəticə ortaya çıxardı. Məsələn, ABŞ-ın tarixi 1776-cı ildən sonra başlayır. Amma onlar özlərini elə təqdim edirlər ki, sanki dünyanın ən qədim dövlətlərindən biridir. Yəni, siz tarixi necə yazacaqsınızsa, gələcək nəsillərimiz də o ruhda böyüyəcək. Dünyanın ilk dövləti Misirdir, amma bu gün Misir deyəndə hər kəsin gözü önündə səfalət dolu bir ərazi canlanır. Halbuki, dünyada ilk sivilizasiya orada olub. Azərbaycanın tarixi, tarixçiliyi, dövlətçiliyi isə onların hamısından qədimdir. Biz deyirik ki, dünyada ilk parlament 1265-ci ildə İngiltərədə yaradılıb. Əslində Azərbaycanda e.ə. 9-cu əsrdə Manna dövlətində bu quruluş olub. Ancaq biz bunu dünyaya çatdıra bilmirik. Ona görə çatdıra bilmirik ki, bu işlə məşğul olan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, universitetlərin tarix kafedraları, tarix fakultələri ancaq öz qohum-əqrəbalarını ora yığıblar. Bəsit və cılız tarixi işlərlə məşğuldurlar”.

K.Əsədov “Azərbaycan tarixi”nin dərs saatlarının azaldılmasına görə ali məktəb müəllimlərinin narahatlığının səbəblərindən də danışıb:

“Azərbaycan tarixi” fənninin dərs saatlarının azaldılmasından ali məktəb müəllimləri ona görə narahatdırlar ki, həmin müəllimlərin dərs saatları azalacaq. Bir daha deyirəm, bu gün universitetlərlə tarix dərslərinin azaldılmasından narahat olanlar yalnız əməkhaqqına görə narahat olan şəxslərdir. O tarix müəllimləri ona görə narahat deyillər ki, biz uşaqlarımıza tariximizi zəif çatdıracağıq”.

K.Əsədov daha sonra vurğulayıb:

“Mən məsələyə ikinci aspektdən baxıram ki, bunun şəxsiyyət yetişdirməyə, gələcəkdə kadrların formalaşmasına, Azərbyacan milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasına mənfi təsiri olacaq. Xarici ölkələrdə dövlətimiz haqqında heç nə çatdıra bilməyəcəyik. Bu məsələdə tarixçilərin də günahı var, çünki onlar proqramı düzgün bölüşdürə bilməyiblər. Amma əsas günah Təhsil Nazirliyindədir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR