Oljas Süleymenov "Şərəf" ordeni ilə təltif edildi - Prezident sərəncam imzaladı
18 may, 2021 15:27

Azərbaycan Prezidenti İlham Əliyev Oljas Süleymenovu təltif edib.
Azsiyasət.com xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Qazaxıstanın məşhur yazıçısı O. Süleymenovun bu gün 85 yaşı tamam olur.