"Davam"da Sabir Rüstəmxanlının 75 illiyi qeyd olunub - FOTOLAR

19 may, 2021 12:14

Sabah Azərbaycanın Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının 75 yaşı tamam olur.

Bu münasibətlə "Davam" Gənclər Hərəkatının mərkəzi ofisi olan Bakı Dayaq Mərkəzində Sabir Rüstəmxanlı ilə bir qrup "davamçı" arasında görüş baş tutub.

Azsiyasət.com xəbər verir ki, görüşdə Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova, "Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək" İctimai Birliyinin sədri Toğrul Allahverdili, "Yeni Çağ" Media Qrupunun baş redaktoru Aqil Ələsgər, "Veteninfo.Az" İnformasiya Agentliyinin təsisçi və baş redaktoru Nahid Canbaxışlı, Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu və başqaları qonaq qismində iştirak edib.

Görüşü giriş sözü ilə açan “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı Sabir Rüstəmxanlını təbrik edib, onun Azərbaycanın ictimai-siyasi həyatında əvəzsiz xidmətlərindən, müsəqillik uğurunda mübarizəsindən, ziyalı ömür yolundan söhbət açıb.

Daha sonra sözü xalq şairi Sabir Rüstəmxanlıya verib.

Sabir bəy tələbəlik, gənclik illərindən, şeirlərinin, “Ömür kitabı”nın milli düşüncəmizin formalaşmasındakı rolundan söhbət açıb. Daha sonra 44 günlük Vətən Müharibəsinə həsr olunmuş “Qarabağa dönüş” poeması haqqında danışıb.

Səmimi söhbət əsnasında gənclərə maraqlı müzakirələr aparılıb. Sonra isə “Davam” Gənclər Hərəkatı adından təbrik plaketi Sabir Rüstəmxanlıya təqdim olunub.

Sonda xatirə fotosu çəkilib və Sabir Rüstəmxanlı hər bir iştirakçıya özəl imzası ilə “Qarabağa dönüş” poemasını hədiyyə edib.

Qeyd edək ki, bu görüş "Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək" İctimai Birliyinin təklifi və "Davam" Gənclər Hərəkatının dəstəyi ilə baş tutub.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR