"Bizim camaatı özbaşına qoymaq olmaz"  - Seyran Səxavət

20 may, 2021 13:10

Son günlər cəmiyyətdə ən çox narazılıq doğuran məqamlardan biri də isti hava şəraiti hökm sürdüyü halda maska qadağasının hələ də ləğv edilməməsidir. Məlumdur ki, bir müddət əvvəl ölkə başçısı İlham Əliyev də açıq havada yaxın təmas olmadığı təqdirdə maska taxmağın zəruri olmadığını bildirdi. Həmçinin həkimlər də qapalı məkanlarda, ictimai iaşə obyektlərində insanlar maskasız dolaşsa da,  açıq havada belə bir məcburiyyətin olmasını absurd hesab edir.

Azsiyasət.com xəbər verir ki, mövzu barədə yenisabah.az-a danışan yazıçı Seyran Səxavət də epidemiya ilə bağlı qəbul edilən qərarlarda boşluqların olduğunu vurğulayıb:

“Məsələn, qapalı yerdə maskasız oturana heç nə demirlər, lakin açıq havada cərimələyirlər. Elə ötən dəfə biz özümüz də qapalı məkanda olduq, hamı maskasız idi, amma sosial məsafə gözlənilirdi. Düşünürəm ki, sıxlıq olmayan yerlərdə maska taxmaq tələb olunmamalıdır. Bunu polis yox, lap Allahın bacısı oğlu olsa da, heç kəs edə bilməz. Tutaq ki, mən səhrada gedirəm, kimi yoluxdura bilərəm? Ətrafda heç kəs olmadığı halda maska taxmağın qəti əleyhinəyəm. Metro tərəfdən bir uşaq keçirsə, mən də ondan 40 metr uzaqdayamsa, niyə maska taxmalıyam? Maska taxmaq hamımız üçün ağırdır. İnsan anadan maska ilə doğulmayıb ki! Məsləhət bilsə, Allah adamı maskalı yaradardı. Xatırlayıram, Prezident İlham Əliyev də bununla bağlı fikir bildirdi. Axı İlham Əliyev hər bir polisin yanında dura bilməz. Çölün düzündə bu nə maskabazlıqdır?”

Həmsöhbətimiz hesab edir ki, insanların çox olduğu yerlərlə bağlı həkimlər nə deyirsə, nə məsləhət görürsə, ona əməl etmək lazımdır:

“Bir şeyi də deyim ki, bizim bu camaatı özbaşına qoymaq olmaz. Elə camaatımızın bir sözü var. “Ölünü özbaşına qoysan, kəfəni yırtıb çıxar”,-deyirlər. Yəni bütün dünyada pandemiya hökm sürür, artıq ortada təcrübə var. Nəfəsin tıncıxırsa, evində otur. Təzədən neçəncisə dalğa gələcəksə, maska ilə ölmək hamısından yaxşıdır. Çünki hər yeni dalğa neçə-neçə insanın ölümünə səbəb olur. Ortayaşlı insanlarımızı aparır. Bazarda, marketlərdə maska vacibdir. Düzdü, mənə də maska taxmaq çətindir, amma qorunmaq üçün bunu etməliyik. Gigiyena qaydalarına əməl olunmalıdır. Spirt və sabundan mütəmadi olaraq isdtifadə etməliyik. Bizim xalqın onsuz da sabuna münasibəti həmişə normal olub axı!”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR