Saleh Məmmədovun "tender oyunları"nın daimi qalibi - "ATF" MMC ilə agentlik rəhbərini nə birləşdirir?

21 may, 2021 10:07

Uzun illərdir ki, Azərbaycanda ən korrupsiyalaşmış və ən çox dövlət vəsaitinin mənimsənildiyi sahələrdən biri yol tikintisi hesab edilir. Təsadüfi deyil ki, məhz buna görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov ölkənin ən imkanlı, varlı məmurlarından sayılır.

Mətbuatda dəfələrlə onun rəhbərlik etdiyi qurumdakı korrupsiya, müxtəlif növ qanun pozuntuları, həmçinin də agentlik sədrinin şəxsi biznesi, varidatı, mal-mülkü barədə məlumatlar dərc edilib.

Azsiyasət.com xəbər verir ki, azpolitika.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyəti və “tender oyunları” barədə şikayət məktubu daxil olub. Göyçay rayonu Çərəkə kənd sakini Kərimov Samir Adil oğlu tərəfindən göndərilən məktubda 17 saylı Yol İstismar İdarəsinin və Göyçayda yerləşən "ATF" MMC-nin “əl-ələ verərək” büdcə vəsaitlərini taladığı və digər qanun pozuntularına yol verdiyi iddia olunur:

""ATF" MMC Göyçay rayonunda asfalt yollarının tikintisi ilə məşğul olur. Bu şirkəti Azad, Təbriz və Faxrəddin Muradov qardaşları yaradıblar. Şirkətin adı da onların adlarının baş hərflərinin birləşməsindən ibarətdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayəsi altında yaranmış bu şirkət nəinki Göyçayda, Azərbaycanın müxtəlif yerlərində - İsmayıllının Basqal, Ucarın Yuxarı Şilyan, Bərgüşad, Bağman kəndlərində, Goranboyda, Tərtərdə, Balakəndə hazırda yol tikintisi işləri görür.
Yol tikintisi üçün ayrılan milyonlarla manatı rahat şəkildə talan etmək üçün Saleh Məmmədovun saxta tender oyunlarını demək olar ki, ancaq "ATF" MMC şirkəti “udur”. Hətta iş o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxarıb, yerinə "ATF" MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehranı müdir təyin ediblər. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları "ATF" MMC-nin tenderdə “udduğu” yol tikintisi işlərinə qanunsuz olaraq cəlb edilib. Bu isə korrupsiya cinayətidir ki, başında Saleh Məmmədov dayanıb.”

Məlumat üçün qeyd edək ki, söhbət 2019-cu ildə böyük əks-səda doğuran, Göyçay çayının üzərindəki körpünün uçmasında əsas günahkarlardan sayılan şirkətdən gedir. Həmin vaxt körpünün uçmasının əsas səbəbi kimi məhz “ATF” şirkətinin çayın məcrasında kor-təbii şəkildə çınqıl-beton zavodları inşa etməsi göstərildi.

Buna görə, “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olundu. Rəhbərlikdə isə onu qardaşı əvəzlədi. Ancaq buna baxmayaraq, Saleh Məmmədovun agentliyi şirkətlə “işləməyi” davam etdirdi və “ATF” yenə qurumun tenderlərini “uddu”.

Şikayətçi yazır ki, bütün tender maxinasiyaları bir tərəfə, 17 saylı Yol İstismarı İdarəsində və "ATF" MMC-də heç olmasa işçilərin adi əmək hüquqlarına da məhəl qoyan yoxdur: “Mən 03 dekabr 2013-cü il tarixdən 17 saylı Yol İstismarı İdarəsində(Yİİ) sürücü vəzifəsində işləmişəm. İşimdə heç vaxt nöqsana yol verməmişəm. "ATF" MMC-nin İsmayıllı rayonunun Basqal kəndində apardığı yol tikintisi işlərinə cəlb edilsəm də, yüksək qan təzyiqim olduğuna görə orada işləyə bilmədiyim üçün Tehran Muradov 31 avqust 2020-ci il tarixdə qanunsuz olaraq Əmək Məcəlləsinin 70 -ci maddəsinin "Ç" bəndi ilə məni işdən çıxardı. Ancaq Əmək Məcəlləsinin tələblərinə görə, mənə son haqq-hesab pulu ödənilməli olduğu halda, indiyə qədər bu ödəniş edilməyib. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizəsi ilə müraciət etdim. Nazirlik mənə cavab verdi ki, sizə qarşı qanunsuzluq edilib, qanuna müvafiq qaydada tədbir görüləcək. Ancaq heç bir tədbir görülmədi.

17 saylı Yİİ-də texnikalar xarab olanda onu sürücü öz vəsaiti hesabına təmir etdirir. Dövlətin bunun üçün ayırdığı vəsaiti isə Tehran Muradov talan edir. Hansı qanuna əsasən dövlətin idarəsi olan 17 saylı Yİİ-nin texknikaları "ATF" MMC-nin apardığı yol tikintisi işlərinə cəlb edilib? Hansı yüksək göstəricilərə görə bir çox yerlərdə yol tikinti işlərinin tenderini ancaq "ATF" MMC udur? Ağdaş, Ucar, İsmayıllı, Göyçay, Yevlax, Balakən, Zaqatala, Şəki və digər rayonlarda "ATF" MMC tərəfindən çəkilmiş yollar tez bir zamanda bərbad vəziyyətə düşüb.

"ATF" MMC-nin rəhbərliyi işçilərin əməyini istismar edir, onların pulunu kəsir, insanları gün ərzində 15 -16 saat işlədir. Hətta şənbə və bazar günləri də işçilər işə cəlb edilirlər. Mənim kimi etiraz edənlər isə qanunsuz olaraq işdən çıxarılır və onlara son-haqq hesab pulu ödənilmir.”

Şikayətçi bildirir ki, Muradov qardaşları etdikləri qanunsuzluqlara görə şikayət edəcəyi təqdirdə, onu “narkotiklə şərlətdirib tutduracaqları ilə hədələyirlər”.

Sonda Samir Kərimov ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə müraciət edərək, sözügedən şirkətin, eləcə də 17 saylı Yİİ-nin yol verdiyi qanunsuzluqların araşdırılmasını və onun hüquqlarının bərpasını xahiş edir.

 

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi