"Greencard Azərbaycan" dələduzluq edir? - "Təsdiq nömrələrini özlərində saxlayıb 800 dollar tələb edirlər..."

21 may, 2021 15:40

"Ölkəmizdə fəaliyyət göstərən "Greencard Azərbaycan" şirkəti hər il on minlərlə insanı öz tələsinə salaraq istismar edir. Belə ki, lotereyada iştirakçı olmaq istəyən şəxslər natamam məlumatlarla aldadılaraq bu şirkətin saytından qeydiyyatdan keçirlər. Şirkət il ərzində insanların şəxsi məlumatlarını toplayıb oktyabr-noyabr aylarında onların yerinə rəsmi saytdan qeydiyyatdan keçir və təsdiq nömrəsini özündə saxlayır. Növbəti ilin may-iyun aylarında nəticələr elan olunduqda isə qalib gələn şəxslərə ancaq onların tələb etdiyi məbləğ (minimum 800 dollar) ödəniləcəyi halda təsdiq nömrələrini verəcəklərini deyirlər. Bu məbləğ ödənilmədiyi halda isə şirkət iştirakçını cərimə olunacağı ilə hədələyir".

Azsiyasət.com xəbər verir ki, bunu azpolitika.info-a Fərid Əliyev bildirib. O, Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Örl D. Litzenberqerə, səfirliyi əməkdaşlarına, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə bu barədə etdiyi müraciətinin mətbuatda da işıqlandırılmasını istəyir.

F.Əliyevin sözlərinə görə, saytın müxtəlif yerlərində “green card” müraciətinin ödənişsiz olması qeyd olunur, digər tərəfdən "Xidmət Şərtləri" adlı bölmədə qalib gələn şəxsin şirkətə ödəniş etməli olduğu yazılır:

"Şirkətin "Xidmət Şərtləri" adlı mətninə ancaq bir neçə nəzərə az çarpan linklərə daxil olduqdan sonra çatmaq olur. Şərtlərin 9-cu bəndində qalib gələn iştirakçının "şirkətin xidmətləri"ndən istifadə etdiyi üçün minimum 800 dollar ödəniş etməyi öhdəsinə götürdüyü yazılır. Bu məbləğin qarşılığında isə konsultasiya xidmətindən faydalana biləcəyi qeyd olunur. Bəs əgər şəxs konsultasiya almaq istəmirsə? Əhəmiyyəti yoxdur, yenə də 800 dollar ödəniş edilməlidir. Məsələnin əsl mahiyyəti konsultasiya vermək deyil, iştirakçının özünə aid olan təsdiq nömrəsini ona pul qarşılığında satmaqdır".

Şikayətçi daha sonra qeyd edir ki, təsdiq nömrəsini iştirakçıdan gizli saxlamaq, bunu ona pul qarşılığında satmaq lotereyanı keçirən ABŞ Dövlət Departamentinin rəsmi saytında "fraud" (dələduzluq) olaraq qeyd olunur.

"Məhz elə buna görə də, ABŞ-ın ölkəmizdəki səfirliyi şirkətin saxtakarlığı barədə məlumatlarla çıxış edib, bu məsələ çox sayda xəbər portallarında işıqlandırılıb. 2021-ci ilin may ayında qeydiyyat prosesi 2020-ci ilin oktyabr-noyabr aylarında baş tutmuş lotereyanın nəticələrinin elan olunacağı gözlənilir. Yenə də "Greencard Azərbaycan" şirkəti özündə girov olaraq saxladığı və alver predmetinə çevirdiyi təsdiq nömrələrini öz həqiqi sahiblərinə satmağa başlayacaq", - deyə F. Əliyev vurğulayıb.

O, bütün bunları nəzərə alaraq "Greencard Azərbaycan" şirkətinin fəaliyyətinin araşdırılması, şirkətin özündə saxladığı lotereya iştirakçılarının şəxsi məlumatlarının öz sahiblərinə ödənişsiz qaydada təqdim olunması və sözügedən şirkətin qarşıdan gələn qeydiyyat dövrlərində də bu və ya digər formada hüquqazidd əməllər törətməsinin qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsini xahiş edir.

Qeyd olunan ittihamlarla bağlı şirkətin də mövqeyini işıqlandırmağa hazırıq.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI