Fala inanan prezidentlərin aqibəti - Dövlətə vergi ödəməyə məcbur edilən falçılar haqqında MARAQLI FAKTLAR

24 may, 2021 00:07

Ölkənin keçmiş prezidenti və köməkçiləri müəyyən günlərdə bənövşəyi paltarları niyə geyinirdilər? ...

"Fala inanma, falsız da qalma" kimi bir deyim var. Maraqlıdır ki, falçılığa həm inkişaf etmiş, həm də geridə qalan cəmiyyətlərdə rast gəlmək olur.

Rumıniyada cadugərlər və falçılar vergilər verməyə məcbur edilir, hətta bununla bağlı iğtişaşlar da olub. Rumıniyadakı falçıların və onların əsrarəngiz həyat hekayələri haqqında bir neçə maraqlı məqamları təqdim edirik.

Cadugərlik və falçılıq xalqının əksəriyyətinin Pravoslav xristianları olduğu Rumıniyada çox yayılmış bir ənənədir. 2011-ci ildə nəşr olunan bəzi xəbər mənbələrinə görə, ölkənin yüzdə 80-i cadu və fala inanır.

Rumıniyada falçılıq və cadugərlik "peşəsi" daha çox ölkədəki qadınlar tərəfindən həyata keçirilir. Çünki ölkə patriarxal təbiətə malikdir və bu səbəbdən də qadınların pul qazanmaq üçün geniş imkanı yoxdur.

Ölkədəki gənc qadınlar 18 yaşına qədər məktəbə getsələr də, sonra analarından, nənələrindən və ya xalalarından "təhsil" alırlar. Nəticə olaraq, falçılığı seçmək öz əllərində olur. Əslində kilsə hər zaman xalqı falçılığa və cadugərliyə inanmamaq barədə xəbərdarlıq edir. Ancaq bəxt və sehrə inananlar xəbərdarlıqlara qulaq asmırlar.

Rumıniyada xüsusilə alkaqollar və evlənə bilməyən insanlar falçıların, sehrbazların qapılarını döyürlər.

Drakulanın ölkəsi sayılan Rumıniyada falçılıq elə geniş yayılmış bir ənənədir ki, dövlətin iqtisadi böhranla mübarizə apardığı 2010-cu illərdə sehrbazların, falçıların və cadugərlərin peşə kimi qəbul edilməsi üçün bir qanun təklif edilmişdi.

Məqsəd də vergi yığmaq idi. Buna görə Rumıniyadakı sehrbazlar və falçılar digər peşələrdə olduğu kimi dövlətə vergi və sığorta haqqı ödəmək kimi bir sıra qaydalarla üzləşdilər. Falçılar təbii olaraq, bu vəziyyətə qarşı çıxdılar.

Rumıniyanın ən məşhur falçılarından biri olan Klaudia o illərdə verdiyi bir müsahibəsində falçılara vergi tətbiq etməyin haqsızlıq olduğunu deyirdi: “Bu, insanlara daha çox köməkdir. Kartlarla məsləhətləşmə 30 ley (Rumıniya pul vahidi) və ya 7 avroya başa gəlir. Cütlükləri bir araya gətirmək və ya pozulmuş münasibətləri bərpa etmək üçün 50 ley lazımdır. Bu pulla dövlətə ödəməli bir şeyimiz yoxdur. Necə ödəyə bilərik? Həmin 30 və ya 50 leydən vergi ödəyəcəyik? Bu, gülünc bir fikirdir”.

Digər tərəfdən, ölkədəki bəzi falçılar vergi işinə qarşı çıxaraq, işlərinin dövlətin xidmət sektoru kateqoriyasına keçməsi halında falçılıq mühitinin korlanacağı və falçılığın adi hala gələcəyini deyiblər.

Bundan əlavə, sehrbazlar peşəkar təşkilatlar qurdular və "hüquqlarını qorumaq" üçün lobbi fəaliyyəti ilə məşğul oldular. Hökumət, parlament, müxalifət və istehlakçı birlikləri ilə danışıqlar apardılar.Beləcə qanuna qarşı çıxdılar.

Ancaq danışıqları uğursuz olduqda falçılar hökuməti qara cadu ilə təhdid etdilər. Bunun ardından da təxminləri doğru olmayan falçıların pul cəzası ödəməsi və ya həbs cəzası çəkməsi məsələsi gündəmə gəldi. Nəticə olaraq falçılar bu qanun təklifinə də qarşı üsyan etdilər.

Bütün bunlardan sonra Rumıniyadakı falçılar və cadugərlər Dunay çayının sahilində toplandılar. Çayın sahilinə toplaşan falçılar sehrli sözlər söyləyib, əllərindəki əşyalara bəd dualar edərək çaya atdılar. Hətta çaya zəhərli olan mandraqora bitkisinin tumurcuqları da atıldı Əlbətdə ki, hökumət onların bu münasibətini qeyri-ciddi qarşıladı.

Bununla birlikdə, Rumıniyanın bir neçə həftədən sonra Şengen icmasına girməsi üçün edilən danışıqlarda Almaniya və Fransada qalmaq üçün falçıların qara sehrindən bezənlərin sayı az deyildi.

Nəticə etibarilə deyə bilərik ki,  Rumıniyada falçılıq uzun illərdir yayılmış və hələ də mövcud olan bir ənənədir. Hətta cadugərlər işlərini rəqəmsal sistemə daşıyaraq Facebook kimi platformalar vasitəsilə xaricdən müştəri qəbul edirlər. Artıq demək olar ki, Rumıniyada xurafatlar gülünc bir şey deyil, mədəniyyətin bir parçası halına gəlib. Hətta ölkənin keçmiş prezidenti Traian Basescu və köməkçiləri şeytanı qovduqlarına inandıqları üçün müəyyən günlərdə bənövşəyi paltarlar geyinirdilər.

Rumıniyanın kommunist prezidenti Nikolai Çauşesku və həyat yoldaşının da xüsusi bir falçısı var idi. 

Musavat.com

 

 

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR