"Davam" Gənclər Hərəkatı və Şahdağ Turizm Mərkəzi arasında memorandum imzalanıb - FOTOLAR

25 may, 2021 12:43

24 may tarixində Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzində "Davam" Gənclər Hərəkatı və Şahdağ Turizm Mərkəzi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanması üçün görüş keçirilib.

Şahdağ Turizm Mərkəzinin İdarə Heyətinin sədri Səid Salayev qonaqları salamlayıb.

Azsiyasət.com xəbər verir ki, Mərkəz haqqında ətraflı məlumat verdikdən sonra "Davam" Gənclər Hərəkatı ilə əməkdaşlığın perspektivlərindən bəhs edərək səmərəli və davamlı layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib. Çıxışının sonunda “Davam" Gənclər Hərəkatının fəaliyyətini yüksək qiymətləndirdiyini də diqqətə çatdırıb.

Öz növbəsində "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı çıxış edərək göstərilən xüsusi diqqətə görə başda Səid Salayev olmaqla bütün kollektivə öz təşəkkürünü bildirib.

O, “Davam" Gənclər Hərəkatı və Şahdağ Turizm Mərkəzinin yaxın zamanda birgə yeni və maraqlı layihələr ərsəyə gətirəcəyini nəzərə çatdırıb. Əlavə olaraq qeyd edib ki, hal-hazırda 200-dən çox davamçı üzvün iştirakı ilə hazırlanan fləşmobun məhz Şahdağ Turizm Mərkəzində baş tutması bu əməkdaşlıq istiqamətində atılan ilk addımdır.

Daha sonra "Davam" Gənclər Hərəkatı və Şahdağ Turizm Mərkəzi arasında əlaqələrin möhkəmləndirilməsi, fərqli proseslərdə fəal iştirak edərək yeni və maraqlı layihələrə imza atılması, müxtəlif tədbirlər, görüşlərin keçirilməsini təmin etmək məqsədilə birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Görüş qarşılıqlı əlaqələrin inkişafı istiqamətində danışıqların aparılması ilə davam edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR