"Nəzarət olmasa, məmurlar ac qurd kimi Qarabağı "udacaq" - Partiya sədri

25 may, 2021 18:17

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Bununla qanun bağlı layihəsi artıq parlamentin müzakirəsinə təqdim olunub. Layihədə əks olunan 15 maddəyə əsasən, artıq məmurların Şuşanı Azərbaycanın digər bölgələri kimi zəbt edə bilməyəcəyini demək mümkündür.

Maraqlıdır, Kəlbəcəri, Laçını, Qubadlını, ümumilikdə, işğaldan azad edilən digər bölgələrimizi məmurlardan necə qoruya bilərik?

Azsiyasət.com xəbər verir ki, mövzu barədə yenisabah.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu vurğulayıb ki, ilk növbədə Dağlıq Qarabağ ərazisindən olan məcburi köçkün və qaçqınların mülkiyyət hüquqlarının bərpası istiqamətində özəlləşdirmə aparmalıdır:

“Bu haqda mən məsələ qaldırmışam. Qarabağdakı əmlak özəlləşdirmə xətti ilə onlara verilməlidir, yeganə yol budur. Əslində, Azərbaycan əhalisinin böyük bir hissəsi özəlləşdirmədə iştirak edib, amma faktiki olaraq qaçqınlara, məcburi köçkünlərə məxsus əmlak ermənilərin əlinə keçdiyinə görə onlar özəlləşmədən kənarda qalıb, torpaq islahatından bəhrələnə bilməyiblər. Ermənilərin vurduğu ziyan hesablanıb məhz o pul üzərində özəlləşdirmə həyata keçirilməli, hamı öz payını mütləq almalıdır, ondan sonra kim orada nə iş görür, özü bilər”.

Siyasətçi diqqətə çatdırıb ki, mütləq şəkildə restitusiya həyata keçirilməlidir:

“Yəni əmlakın həqiqi sahibləri tapılmalı və əmlak o adamlara verilməlidir, yerdə qalan sahibsiz əmlak varsa və ya şəxs əmlakı aldıqdan sonra ondan imtina edərsə, bu zaman istədikləri insana sata bilərlər. Kimlər o torpaqlardan çıxarılıbsa, məhz onlar geri qayıtmalıdır. Məsələn, axısqa türkləri də qaçqındır, ancaq onları aparıb Qarabağda yerləşdirmək olmaz, çünki o torpağın öz sahibləri var”.                        

Həmsöhbətimiz hesab edir ki, məcburi köçkünlərin və qaçqınların həmin ərazilərə qayıtması məmurların tamahını tamamilə sonlandırmayacaq:

“Onlar 50 cür oyun oynayıb, camaatın əlində olan hər şeyi almağa cəhd edəcəklər. Bu gün Azərbaycanda torpağın 90 faizi məmurların əlinə keçib, müxtəlif inzibati üsullarla kəndliləri incidərək torpağı əllərindən alıblar. Təkcə Allahşükür Paşazadə Dəvəçidən nəvəsinə min hektar torpaq alıb. Təsəvvür edin ki, bu, adi molladır və bu qədər torpaq mənimsəyib, onda digərləri nə edər?! Şamaxı torpağı, Cəlilabad ərazisi məmurların əlindədir. Əksər rayonlarda məmurların torpağı var”.

Partiya sədri bildirib ki, torpaq islahatı keçirərək torpağı camaata paylamaq və daha sonra isə onun istifadə üçün insanlara şərait yaratmaq vacibdir:

“Çünki ortada təcrübə var ki, torpaq islahatı həyata keçiriləndən sonra məmurlar o torpağın istifadəsi ilə bağlı maneə yaradır. Belə ki, su vermilmir, aqrotexniki xidmət göstərilmir, kənd təsərrüfatı məhsullarının istehsalına mane olunur, xaricdən daha ucuz və keyfiyyətsiz təsərrüfat  məhsulları gətirilir və  Azərbaycanda maya dəyəri yüksək olan yerli malların satışına əngəl törədilir. Nəticədə camat torpaqdan imtina edir, torpaq sahibsiz qalır, hamı şəhərə axın edir və həmin cinayətkarlar fürsətdən yararlanıb torpağı ələ keçirir.

Eyni siyasətin sabah təkrar yaşanmaması üçün yalnız torpaq islahatı həyata keçirmək kifayət deyil, həm də torpaqdan istifadə üçün qaçqın və köçkünlərə kifayət qədər maddi dəstək göstərilməli, dövlət subsidiya siyasəti həyata keçirməli, orada kiçik və orta sahibkarlığın yaradılması üçün kurslar açılmalı, sahibkarlar yetişdirilməlidir. Yəni dövlət dövlət kimi bir layihə həyata keçirməlidir. Əgər başlı-başına buraxılsa, bizim məmurlar ac qurd kimi Qarabağı udacaqlar”

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR