Sərhəddə nə baş verir?   - "Onlar həddi aşsaydı, Azərbaycan tərəfi atəş açacaqdı"

26 may, 2021 11:03

Azərbaycan-Ermənistan sərhəddində növbəti dəfə təxribat baş verib. Bir qrup erməni hərbçisi sərhəddə xidmət edən Azərbaycan əsgərinə hücum edərək qarşıdurma yaradıb. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb və ciddi müzakirələrə səbəb olub.

Azsiyasət.com xəbər verir ki, mövzunu yenisabah.az-a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov bu cür hadisələrin gözlənilən olduğunu vurğulayıb:

“Məndə olan məlumata görə, təxribatın qarşısı alınıb. Ermənistanda seçkiqabağı vəziyyət post-müharibə dövrünə gəlib çıxıb. Təbii ki, Ermənistan cəmiyyətində bu saat müxtəlif qüvvələr hakimiyyətə can atırlar. Biz bilirik ki, orada Paşinyan Baş Qərargah rəisini vəzifədən azad edib yerinə başqasını təyin etdi. Lakin onun ətrafında olan bəzi hərbi qurumlar və generallar  qanunsuz olsa da, hələ də onun tapşırıqlarına əməl edir və s. Siyasət faktoruna çox girmək istəmirəm, sadəcə demək istəyirəm ki, burada qeyri-adi bir şey yoxdur. Bizim sərhədçilərimiz, Azərbaycan ərazilərini qoruyan hərbçilərimiz bununla əlaqədar müəyyən təlimat alıblar. Belə təxribatlara Azərbaycan Silahlı Qüvvələri yol verməyəcək. Çalışacaqlar ki, insident yaşanmasın”.

Hərbi ekspert hesab edir ki, təxribatın baş verdiyi ərazidə daha çox əsgərin yerləşdirilməsinə  hələ ki ehtiyac yoxdur:

“Çünki prinsip cəhətdən əsgərlərin sayı orada olan vəziyyətə uyğundur. Yeddi maşın erməni elə böyük qüvvə deyil, 100 nəfər civarındadır. Biz hələ bilmirik ki, o maşınların içərisində neçə adam olub. Uzaq başı bir bölük səviyyəsində olan qüvvə gəlib. Onların hansı məqsədlə gəldiyini, atəş açıb-açmadığını biz bilmirik. Kimi gətirirlər gətirsinlər, erməni silahlıları artıq bilirlər ki, Azərbaycan Ordusunun nümayəndələri onlara layiqli cavab verəcək. Əgər onlar hansısa həddi aşsaydı, məsələn, Azərbaycanın ərazi bütövlüyünü pozsaydı, əlbəttə, Azərbaycan tərəfi də atəş açacaqdı. Hər halda Azərbaycan Ordusunun hərbçilərinin soyuqqanlılıq göstərərək onların təxribatının qarşısını almağa gücləri çatır, çünki profesionaldırlar”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki,  Azərbaycanın bu məsələdə reksiyası beynəlxalq hüquq normaları çərçivəsində sərhədlə bağlı olan bütün tələblərə uyğun olmalıdır:

“Sərhədə silahlı basqın olunursa, təbii ki, silahla o basqının qarşısı alınmalıdır. Yox, əgər orada silahlı basqın olmursa, digər vasitələrdən istifadə edilməlidir. Elə insidentlər çox olub.  

Qaragöl, Zəngəzur, Zəngilan ətrafında olan məsələlərlə bağlı da videomateriallar yetəri qədər var. Orada ermənilərin təxribatına peşəkar Azərbaycan hərbçilərinin necə cavab verdiyi görünür. Ona görə də düşünürəm ki, atəş açmağa ehtiyac olarsa və bununla bağlı rəhbərlik müəyyən tapşırıq verərsə, Azərbaycan əsgəri özününü qətiyyətliliyini davam etdirəcək. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev  dəmir yumruğun işə salınması ilə bağlı xəbərdarlığını edib. Sərhəddə olan hərbi qurumların bütün fəaliyyəti sənədlər, nizamnamələr və beynəlxalq hüquq normalarına uyğun aprıblar, aparılacaqlar. Bundan sonra da elə təxribatların baş verməsi istisna olunmur ki, onların da qarşısı alınacaq”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR