Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı - Avqustun 1-nə qədər
26 may, 2021 17:39

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb.
Azsiyasət.com xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarda əksini tapıb.
Qeyd edək ki, əvvəl bu müddət iyunun 1-nə kimi nəzərdə tutulmuşdu.