"New Media Hub" platformasının media-brifinqi baş tutub - FOTOLAR

26 may, 2021 18:13

26 may tarixində “Davam” Gənclər Hərəkatının Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə həyata keçirdiyi “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində təsis edilən “New Media Hub” platformasının media-brifinqi baş tutub. 

Azsiyasət.com xəbər verir ki, "Davam” Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzində keçirilən brifinqdə “Davam”ın sədri Nihad Allahyarlı, layihənin partnyorları olan "Trend" müstəqil informasiya agentliyinin nümayəndəsi olaraq millət vəkili, agentliyin baş direktorunun müavini, “Azərnews” ingilisdilli qəzetin baş redaktoru Sevil Mikayılova, “Yeni Müsavat” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, digər media qurum nümayəndələri və bir qrup davamçı gənc iştirak edib. 

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu çıxış edərək bildirib ki, bu partnyorluğun əsas məqsədi “Davam” Gənclər Hərəkatı tərəfindən göstərilən nəcib təşəbbüsə dəstək verməkdir. O, ənənəvi və sosial media arasında məsafələrin olduğunu və yetişdirilən gənclərlə həmin boşluqların doldurulacağını diqqətə çatdırıb. Həmçinin gənclərin jurnalistika sahəsində inkişafının təmin edilməsi ilə jurnalizm məktəbinin formalaşdırılmasının zəruriliyini də qeyd edib. 

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı jurnalistika sahəsində mövcud olan problemləri dilə gətirib və yeni gənc jurnalistlərin yetişməsinin zəruri olduğunu bildirib. O, bu platformanı məktəb adlandırıb. Qeyd edib ki, hər bir media nümayəndəsi informasiya savaşının əsgəridir və bu platforma daxilində informasiya savaşının əsgərləri yetişdiriləcək. 

"Trend" müstəqil informasiya agentliyinin baş direktorunun müavini Sevil Mikayılova öz çıxışında  "New York Times" və onun timsalında bütün media qurumlarının təcrübəsinin mütləq şəkildə öyrənilməsinin önəmli olduğunu qeyd edərək mediadakı yeni tendensiyalar və müasir dövrün gətirdiyi operativ və çevik yanaşmanın tətbiqinin vacibliyini diqqətə çatdırıb. 

“Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı qonaqlara öz təşəkkürünü bildirib. O, layihənin bu partnyorlarla start götürməsinə baxmayaraq, bütün media qurumlarını da bu prosesdə iştirak etməyə dəvət edib.

Sonra isə media nümayəndələrinin sualları cavablandırılıb. Nihad Allahyarlı layihənin müxtəlif modullarla 3 ay davam edəcəyini, yetişdirilən kadrların müxtəlif media qurumlarında işlə təminolunma imkanlarının ola biləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, platforma daxilində gənc jurnalist və blogerlərin yetişdirilməsi, onların xüsusi təlim, seminar, praktika və görüşlərdə iştirakı təmin ediləcəkdir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR