"İndi xarab olmuşam, amma 80-ci illərdə millət deyirdi ki, bunun bir dənə gözlərinə bax..." - Şəbnəm Tapdıq

27 may, 2021 00:42

Hətta bir dəfə özü də məni yaxından görüb dedi ki, sən ərə gedib, ailə həyatı qurmayacaqsan? 18 yaşım var idi, çox məşhur idim. Naz-qoz etdim, dedim ki, yox! O "yox" mənə baha başa gəldi...

Azsiyasət.com xəbər verir ki, əməkdar artist Şəbnəm Tapdıq moderator.az-ın suallarını cavablandırıb.

- Şəbnəm xanım, hansı müğənnini dindirirsən deyir ki, pandemiyaya görə sənətlə ürəyim istəyən kimi məşğul ola bilmirəm. Sizdə vəziyyət necədir?

- Bir yazıçı hansısa əsərin üzərində işləyirsə nə olursa-olsun başını aşağı salıb əsərini işləyəcək. Həmçinin də sənətçilər. Baba Vəziroğlu və Leyla Əliyevanın sözlərinə mahnı hazırlamışam, bu mahnıları artıq təqdim də etmişik. İndi isə Hidayət Orucovun sözlərinə mahnı hazırlayıram. Həmişə başımı aşağı salıb, öz işimdə olmuşam, heç kimlə işim olmayıb. Allah mənə oxumaqdan başqa gözəl əl işləri hazırlamaq bacarığını da verib. Bundan başqa bütün xanımlar kimi bazara da gedib bazarlıq edirəm, insanlarla da ünsiyyətdə oluram. Yaxınlaşıb mənə deyirlər ki, nəvəmin, qızımın adını sizdən götürüb qoymuşuq.

- Müasir teleaparıcıları bəyənirsiz?

- Hər aparıcının öz yeri var. Biri-birindən gözəl xanımları seçirlər efir üçün. Yaxşı olar ki, onların həm savadı, həm də gözəlliyi bir-birini tamamlasın.

- Şəbnəm xanım, siz özünüz də çox gözəl xanımsız!

- İndi xarab olmuşam, bir az kökəlmişəm, amma lap yeni-yeni meydana çıxanda, 80-ci illərdə millət deyirdi ki, bunun bir dənə gözlərinə bax!

- Yəqin ki, sevgi məktubları da almısız.

- O qədər sevgi məktubları almışam ki. Hətta çox məşhur, akademik səviyyədə olan bir şəxsin övladı, anama və atama deyirdi ki, mən böyüyəndə sizin qızınızı alacağam. Elə birisi idi ki, bu dəqiqə çırağla da gəzsən tapmazsan! Televizora çıxıb mahnı oxuyanda şoka düşdü ki, bu neynir? Hətta bir dəfə özü də məni yaxından görüb dedi ki, sən ərə gedib, ailə həyatı qurmayacaqsan? 18 yaşım var idi, çox məşhur idim. Naz-qoz etdim, dedim ki, yox! O "yox" mənə baha başa gəldi.

- Yəqin ki, sonradan peşman oldunuz?

- Bir bilsən nə qədər peşman oldum! Amma sonrakı peşmançılığın heç bir xeyri yoxdur.

- Həmin insandan sonra ürəyinizcə olan biri qarşınıza çıxmadı?

- Mən bir tək həmin insana heyfslənirəm. Qız ağacı, qoz ağacı. Hər gələn bir daş atıb gedər. Hər atılan daşı tutmalıyıq kı? Mənim zövqümə hər adam yaxınlaşa bilməz. Hətta mənə nişan da gətiriblər, anam deyib ki, ay bala, çox yaxşı oğlandır, ərə get, demişəm ki, yox!  İnsanın ürəyi papaq deyil ki, burdan götürüb, o biri tərəfə atasan! Adamın öz sevdiyi insan olanda onun geyimindən tutmuş ayaqqabılarına qədər hər şeyini bəyənirsən.

- Gənc müğənnilərdən kimləri bəyənirsiz?

- Mən jüridə əyləşməmişəm ki, onlara qiymət verim. Səfurə, Dilarə Kazımova, İlhamə Qasımova, Günay İbrahimli, Çinarə Məlikzadə və s. müğənniləri çox bəyənirəm. Səfurə inglis dilində çox gözəl oxuyur.

- Demək ki, sizin üçün müğənninin dil bacarığı da önəmlidir.

- Müğənni tərənnümçü olmalıdır. Əgər məni sabah Moskvanın hansısa sarayına dəvət etsələr özümə güvənib rusca danışacam. Amma elə müğənnilərimiz var ki, heç rus dilini də bilmirlər. Rəşid Behbudov niyə böyük sənətkar idi?! Çünki o tərənnümçü idi.

- Ən böyük arzunuz, istəyiniz nədir?

-Bu dünya bir pəncərədir, hər gələn baxıb gedər. Mənim atam dünyada yoxdur, amma onun izi qalıb. Dünyada qalan sözdür, yaradıcılıqdır. İnsanın ömrü nədir ki? Bu gün varıq, sabah yoxuq. Verilişdə yanımda oturan Aslan Hüseynov birdən-birə yoxa çıxdı! Mən şoka düşdüm! Hər şeyə çarə var, bircə ölümdən başqa. Allahın yaratdığı qarğaya da həsəd aparırıq ki, o 300 il yaşayır. Daş atıb vurmasalar.

- Şəbnəm xanım, adınızla bağlı qalmaqallar hər zaman gündəm olur. 

- Mən hələ 10-cu sinif şagirdi idim, mahnı oxuyurdum. Rəşid Behbudov bizim qonşumuz idi, zəngi basdı ki, bu oxuyan kimdir?! Mənə dedi ki, gəl mənim teatrıma. Adımı soruşdu, Şəbnəm deyəndə dedi ki, ilk dəfədir belə ad eşidirəm. Rəşid Behbudov mənə dedi ki, özünə səhnə adı götür. Əgər mən onun sözünə qulaq asıb, özümə səhnə adı götürsəydim Şəbnəm adı təkcə özümdə qalacaqdı. Şöhrətlənən insanın adı ilə məşhurlaşmaq olmaz! Mən heç kimdən tələb etməmişəm ki, adını dəyiş! Sadəcə demişəm ki, soyadını göstər ki, seçilsin ki, kim kimdir? İndiki müğənnilərin əksəriyyəti özünə təxəllüs götürüb. 

- Həmkarınız Sərxan Sərxanla efirlərə birgə çıxırdınız. Uzun müddətdir sizi efirlərdə birgə görmürük. Buna səbəb nədir?

- Sərxan Sərxan atamın dostu olub. Mənim də, Sərxanın da atası televiziyada çalışıb. Məni də Sərxanla atam İlyas Tapdıq tanış edib. Eyni ruhun qidası olduğumuz üçün bizi verilişlərə birgə çağırırdılar. O ki, qaldı Sərxanla efirlərdə görünməməyimə. Çünki o Moskvada yaşayır, ona görə.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"