Rizəli Rəsulu azərbaycanlı Gülyanaqla evləndirmək üçün "xüsusi əməliyyat"

27 may, 2021 09:44

Türkiyənin Rizə bölgəsinin sakini Resul Çakırla Azərbaycanın Gəncə şəhərində yaşayan Gülyanaq Yəhyayevanı evləndirə bilmək üçün vilayət valisi, Xarici İşlər Nazirliyi, Miqrasiya İdarəsi, Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyənin Gəncədəki konsulluğu bir ilə yaxın gərgin  iş aparıblar.

Azsiyasət.com virtualaz.org-a istinadla xəbər verir ki, Gülyanaqla Rəsulun film ssenarisini xatırladan evliliyinin necə baş tutduğu haqda Türkiyə mediası yazır. Onlar nəhayət ötən gün Rize valisi Kemal Çeçeberin iştirakı ilə nigah masasına oturublar.

Resul Çakır ötən il sosial şəbəkə üzərindən Gülyanaq Yəhyayeva ilə tanış olub, bir müddət söhbətləşəndən sonra onlar evlənməyə qərar veriblər. Aillələr bu qərarın ardınca internet üzərindən görüntülü danışaraq toy tarixini razılaşdırıblar. Çakır ailəsi 2020-ci il martın 13-də Rəsul və Gülyanağın toyunda iştirak etmək üçün Azərbaycana gəlib. Lakin həmin günlərdə Türkiyədə və Azərbaycanda koronavirusa qarşı artıq ilk yoluxmalar qeydə alınırdı. Tezliklə ölkələr sərt karantin rejiminə keçib və sərhədlərini bağlayıb, Çakır ailəsi də toydan sonra Azərbaycanda ilişib qalıb. Türkiyə hökuməti xarici ölkələrdəki vətəndaşlarını geri gətirmək üçün işə başlayıb və Çakır ailəsi də bu çərçivədə ölkələrinə geri qaytarılıb. Lakin Gülyanağın rəsmi nigahı olmadığı üçün ailə gəlini özləri ilə Türkiyəyə apara bilməyib. Üstəlik məlum olub ki, Gülyanaq daha əvvəl getdiyi Türkiyədə qalma müddətini keçdiyi üçün bu ölkədən deportasiya olunubmuş.

Gəlinini Türkiyəyə aparmaq cəhdlərinin boşa çıxdığını görən bəy atası Hasan Çakır Rize valisi Kemal Çeberlə görüşərək ondan kömək istəyib. Vali Xarici İşlər Nazirliyi, Miqrasiya İdarəsi və Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi ilə danışaraq problemin həllinə çalışıb. Nəhayət bu səylər nəticə verib və Gülyanaq təxminən bir ay əvvəl Türkiyəyə gedə bilib. Ötən gün Rize valiliyinin mərasimlər zalında onların nigah mərasimi keçirilib.

Nigah mərasimində vali Çeber, onun xanımı Neslihan Ayhan Çeber, Miqrasiya İdarəsinin yerli şöbəsinin rəhbəri Serab Aydın şahidlik ediblər.  Vali Çeber “Anadolu” agentliyinin müxbirinə deyib ki, koronavirus pandemiyası dövründə eşq və məhəbbətin ən yaxşı hekayəsini Resulla Gülyanağın yazdığını deyib. Vali bildirib ki, Resul Çakır və Gülyanaq Yəhyayeva əvvəlcə toy, daha sonra nigah planlaşdırmışdılar, ancaq pandemiya səbəbindən bütün planlar pozulub. Cütlük bir ilə yaxındır üzləşdikləri problemi həll edə bilməyiblər.

Vali deyib ki, ailə onlara problem barədə xəbər verəndən sonra məsələnin həlli yollarını axtarmağa başlayıblar.

“Bu əhvalat bizi də məyus etdi. Bir-birini sevən və qovuşa bilməyən iki gənc var. Bizim adətimiz, ənənəmiz ailə birliyi üzərində qurulub. Əlaqədar strukturlarla danışıb məsələnin həlli yollarını axtardıq. Əvvəllər Türkiyədə qalma müddətini bir ay keçirdiyinə görə barəsində deportasiya qərarı olduğu üçün Gülyanağın gəlişində hüquqi problem vardı”, - vali bildirib.

Çeber deyib ki, bu əngəlin aradan qaldırılması üçün XİN, Miqrasiya İdarəsi, Azərbaycan səfirliyi, Gəncədəki Türkiyə konsulluğu əllərindən gələni ediblər. “Nəhayət bir ay əvvəl Türkiyəyə gəldi. Pandemiya dövrünün aşkının meyvəsi olan imzaları atdıq. Pandemiya dövründə bir sevgi hekayəsi yazılarsa, bir film çəkilərsə Rəsul və Gülyanağın gözəl hekayəsi var”,-o bildirib.

Resul Çakır və Gülyanaq Yəhyayeva da onlara evlənməkdə yardım edən hər kəsə minnətdarlıq ediblər, Resul Çakır “bu cür xoşbəxtliyi yaşadığım üçün özümü yuxudakı kimi hiss edirəm” deyib...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR