Elmar Vəliyev məhkəməyə saxta rəy təqdim edib? - "Anlaqsızdırsa, vəkilə etibarnaməni necə verib?”

27 may, 2021 11:04

“Özlərini toxunulmaz hesab edirlər, düşünürlər ki, məhkəməni saymaya, məhkəmənin çağırışlarına cavab verməyə bilərlər"

Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə istintaq 1 ildən çoxdur davam edir.

Artıq məhkəmə istintaqı başa çatıb, prokuror Yunis Səfərova ömürlük, digər təqsirləndirilən şəxslərə isə 18 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası istəyib. Vəkillərin də əksəriyyəti müdafiə çıxışını başa çatdırıb. Cəmi 3 vəkilin çıxışından sonra proses üzrə hökm oxunacaqdı. Sonuncu iclasda təqsirləndirilən şəxslərdən Cəfər Zalovun vəkili İlqar Rüstəmov müvəkkilinə qarşı ittihamların əsassız olduğunu vurğulayıb. O bildirib ki, Cəfər Zalov heç bir cinayət törətməyib, cinayət işinin materiallarında yazılanlar saxtadır. Məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldıran vəkil vurğulayıb ki, Elmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, ətraflı dindirilməyib. 

Yalnız bir dəfə ilkin ifadəsi alınıb, onda da “yadımda deyil, sonra danışaram” deyib. Sonradan səhhətində problemlər olması əsas gətirilərək dindirilməyib. Amma onun gerçək durumunun müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edilməyib. Vəkil bildirib ki, bu məsələ prosesin nəticəsi üçün çox əhəmiyyətli məqam olsa da, məhkəmə onu nəzərə almadan araşdırmaları yekunlaşdırıb. Digər vəkillər və təqsirləndirilən şəxslər də bu vəsatəti müdafiə edib. Onlar da məhkəmə istintaqının təzələnməsi və Elmar Vəliyevlə bağlı məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırıblar. Bu məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokurorlar da vəsatətə etiraz etməyib. Qısa müşavirədən sonra Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası sabiq icra başçısına qarşı sui-qəsdlə bağlı məhkəmə istintaqının təzələnməsinə və Elmar Vəliyevin anlaqlı olub-olmadığının müəyyənləşdirilməsi üçün onun tibbi ekspertizadan keçirilməsinə qərar verib. Ekspertizanın nəticəsi bəlli olana qədər məhkəmə prosesi təxirə salınıb.

İstintaqın yenilənməsi Elmar Vəliyevə nə vəd edir? Bu, dəyişiklik Elmar Vəliyevin təkcə məhkəməsi ifadə verməsi üçün anlaqlı olması üçündürmü? Bəzi iddialara görə, sabiq icra başçısı özünü sığortalamaq üçün rola girib və anlaqlı olmaması barədə rəy yaradıb. Bu, onun keçmiş fəaliyyətinin yoxlanılmasına mane olub. Elmar Vəliyevin başçı olduğu müddətdə yol verdiyi qanunsuzluqlar, yeyinti faktlarının yenidən araşdırılmasına zərurət olduğu deyilir. Son vaxtlar sabiq məmurlarla bağlı dövlətin tutmuş olduğu bəzi zəruri addımlar Elmar Vəliyevə də tətbiq edilmək üzrədir. Bu baxımdan məhkəmənin sonunda, prokurorun təqsirləndirilənlərə ittihamedici hökm çıxarılmasını istəməsindən sonra sabiq başçının ekspertizadan keçirilməsinə dair vəsatətin təmini maraq doğurur.

İş üzrə təqsirləndirilən Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev “Yeni Müsavat”a deyib ki, məhkəmə istintaqı zamanı dəfələrlə Elmar Vəliyevin anlaqlı olub-olmamasını aydınlaşdırmaq üçün vəkillər vəsatətlə çıxış ediblər: 

“Müafiəçilərin mövqeyi düzgündür. Elmar Vəliyevin anlaqsız olması əsas gətirilir. Lakin işin içində onun vəkilə verdiyi etibarnamə var. Sual olunur: Elmar Vəliyev anlaqsızdırsa, həmin o etibarnaməni vəkilə necə verib? Bu etibarnamənin verilməsi də çox böyük şübhə altındadır. Anlaqsız adam öz iradəsini ifadə edə bilməz. Qanun deyir ki, etibarnamə əqddir. Yəni birtərəfli əqddir, insan öz şüürunu, ağlı başında olan adam öz adından hüquqlarının həyata keçirilməsini vəkilə verə bilər. Əgər adamın ağlı başında deyilsə və vəkil gəlib etibarnamə təqdim edirsə, bu, ziddiyyət təşkil edir”.

Vəkil deyir ki, iş üzrə əsas zərərçəkən Elmar Vəliyevdir və onun hazırkı fiziki-psixoloji durumu, məhkəmədə şikayətçi olub-olmaması aydınlaşdırılmalıdır:

“Bəlkə Elmar Vəliyev elə məhkəmədə gəlib deyəcək ki, şikayətçi deyiləm? Bu məqamların məhkəmədə ciddi şəkildə və obyektiv araşdırılması zərurəti ortadadır. İş üzrə prokuror ömürlük və ağır cəzalar tələb edib. Burada insanların taleyi həll olunur. Elmar Vəliyevin məhkəmədə iştirakı prosesi 180 dərəcə dəyişə bilər”.

Vəkil eks məmurların məhkəməyə gəlmək istəməmələrinin səbəbinə də toxunub: “Özlərini toxunulmaz hesab edirlər. Vəzifədə olanda məhkəmənin onların ayaqlarına gəlməsinə öyrəşiblər. Vəzifədən gedəndən sonra da düşünürlər ki, məhkəməni saymaya, məhkəmənin çağırışlarına cavab verməyə bilərlər. Elmar Vəliyevin məhkəməyə gəlməməsinin səbəbi kimi onun anlaqsız olması göstərilir. Müdafiə tərəfi də istəyir ki, bu haqda işdə ekspertin rəyi olsun. Hansısa bir həkimin arayışı ilə keçinmək olmaz. Nəhayət ki, məhkəmənin sonunda da olsa, bu məsələ həllini tapdı. Elmar Vəliyevin məhkəmədə dindirilməsi olduqca vacibdir. Bizim ona çox ciddi suallarımız var”.

Qeyd edək ki, "Gununsesi.info"-nun araşdırması zamanı Elmar Vəliyevin məhkəməyə təqdim etdiyi rəyin saxta olduğu bəlli olub. Belə ki, sabiq icra başçısının ağlının yerində olduğu, biznes strukturlarına şəxsən nəzarət etdiyi deyilir.

Bu günlərdə Gəncənin Hacıkənd qəsəbəsində olan Elmar Vəliyev inşa etdirdiyi otelin təmir işləri ilə şəxsən maraqlanıb.Bundan başqa Göygöl rayonunun Mixayilovka kəndindəki evində cari təmir işləri gördürən Elmar Vəliyev ustalarla söhbət edib, hansı materialların alınmasına dair göstərişlərini verib.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"