Ərdoğan Şuşaya nə vaxt gedəcək? - Tarix açıqlandı
27 may, 2021 14:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi açıqlanıb.
Azsiyasət.com xəbər verir ki, dövlət başçısının səfəri iyunun 15-16-da reallaşacaq. R.T.Ərdoğan iyunun 15-də Bakıya gələcək, növbəti gün isə Şuşaya səfər edəcək.