Deputatlar banklara qarşı birləşdilər: "İnsanların nəfəsini kəsirlər!"

27 may, 2021 17:27

Milli Məclisin bugünkü iclasında banklarla bağlı müzakirələrdə deputatlar həmfikir olub.

Azsiyasət.com xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında kredit ittifaqları haqqında qanun layihəsinin müzakirəsi zamanı deputatlar bankları tənqid ediblər.

Deputat Fəzail Ağamalı həmkarı Siyavuş Novruzovun banklar haqqında ittihamlarını dəstəkləyib:

“Siyavuş Novruzov tamamilə düzgün qeyd etdi. Banklar bütün dəyərləri tapdalayıb, insanların nəfəsini kəsirlər. Təklif edirəm ki, bank haqqında qanun yenidən müzakirəyə çıxarılsın. Bankların özbaşına fəaliyyətinə imkan verməyən məsələlər hazırlansın. İnzibati Xətalar Məcəlləsində məsələ qeyd edilsin. Bankların şəffalılıq hesabatlılığı yoxdur. Bir bank 24, digər 30, BOKT-lar 35 faizlə kredit verir. Belə şey olar?!

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat həmkarımız Zahid Oruc əgər bu gün Azəbaycanda “Banklara etibar varmı” sualını qoysa, azəbaycanlılar birmənalı “yox” cavabı verəcək. Mən bu qanuna səs verməyəcəm”.

Deputat Tahir Kərimli də həmkarlarını dəstəkləyib:

“Yüz milyonlarla insana kredit faizi ilə əzab verməkdə məqsəd nədir?! İnsanlara bu dərəcədə şiddət göstərmək olmaz. Bu insanlar yazıq deyilmi?!  Azərbaycanda İslam bankçılığı niyə yoxdur? Nə zaman küçələrdə olan bər-bəzək xalqımızın ailəsinin içində görünəcək?!”. 

Deputatların banklarla baglı tənqidlərinə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili cavab verib.

Komitə sədri qeyd edib ki, kredit olmayan bank təşkilatı - “Lombardlar haqqında” qanun layihəsi Milli Məclisin iş planında var: “Yaxın vaxtlarda bu qanunu parlament qəbul edəcək. Burada sələmçiliklə də bağlı məsələ öz həllini tapacaq. Qeyd etməliyəm ki, banklarla bağlı da qanun layihəsi hazırlanır. Onun üzərində hökumətdə iş gedir. Qanunlara edilən dəyişikliklərin əsas məqsədi son nəticədə faizlərin aşağı salınmasına nail olmaqdır".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR