"Patron" tumları rəhbərinin polisə xəsarət yetirən qardaşı azadlıqladır - ETİRAZ/ FOTOLAR

28 may, 2021 21:43

Ötən il xüsusi karantin rejiminin tətbiq olunması səbəbindən fəaliyyət göstərən iki stasionar postda yol hərəkəti qaydalarını kobud şəkildə pozan və xidməti vəzifəsini həyata keçirən zaman polis əməkdaşını avtomobillə vurub ona bədən xəsarəti yetirən sürücü azadlıqdadır.

Azsiyasət.com xəbər verir ki, bu məlumatı AFN-ə verən mənbənin sözlərinə görə, həmin adam “Vəkiloğlu” MMC-də (Patron tumları) direktor müavini Elşad Məmmədovdur: “Elşad Məmmədov Hacıqabul ərazisində xüsusi karantin rejiminin tətbiq olunması səbəbindən fəaliyyət göstərən iki stasionar postda yol hərəkəti qaydalarını kobud şəkildə pozmuşdu. Üstəlik, xidməti vəzifəsini həyata keçirən zaman polis əməkdaşını avtomobillə vurub ona bədən xəsarəti yetirmişdi. İndi necə olub azadlığa çıxıb? Bu əməli bir başqası törətmiş olsaydı yəqin ki, "içəridə" idi”.

Qeyd edək ki, bu hadisə haqda ötən il rəsmi məlumat yayılmışdı. Bildirilirdi ki, “Vəkiloğlu” MMC-də (Patron tumları) direktor müavini vəzifəsini daşıyan 1984-cü il təvəllüdlü Məmmədov Elşad Malik oğlu idarə etdiyi “Mercedes” markalı, 10-00-018 dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax avtomobil yolunun 60,5-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş stasionar postda xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının “saxla” əmrinə tabe olmadan öz hərəkətini davam etdirib, bundan əlavə, həmin magistralın 113-cü kilometrliyindəki stasionar postda xidmət aparan digər polis əməkdaşlarının da “saxla” əmrinə məhəl qoymayıb və posta daxil olaraq xidməti vəzifəsini yerinə yetirən Şirvan rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Mirzəli Mirzə Nofil oğlunu vurub ağır bədən xəsarətləri yetirib.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmışdı. Araşdırmalarla həmçinin, avtomobildə olan sərnişinlər - Natiq Hüseynzadə və Anar Fətəliyev tərəfindən də xüsusi karantin rejiminin tələblərinin kobud pozuntusu halları müəyyən edilmişdi.

Onu da qeyd edək ki, E.Məmmədov “Vəkiloğlu” MMC-də (Patron tumları) direktor müavini olmaqla yanaşı, həm də MMC-nin direktoru Rəşad Məmmədovun qardaşıdır. Onun törətdiyi əmələ görə hansı cəza alması, azadlıqda olmasının səbəbləri ilə bağlı məlumatı qeyri-iş günü olduğu üçün ala bilmədik. Bizi izləyin.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR