Dövlətin milyonlarla pulu deputatın şirkətinə necə ötürülür?

29 may, 2021 10:48

Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı "Azeri MED” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ümumi maliyyə dəyəri 5 993 268. 79 AZN təşkil edən 8 satınalma müqaviləsi imzalayıb.

Müqavilələrdə "İntensiv terapiya tibbi ləvazimatların satınalınması”(126465.3 AZN), "Tibbi ləvazimat və dezinfeksiya vasitələrinin satınalınması” (925727.05 AZ), "Reaktiv və PZR testlərin satınalınması” (902348.76 AZN), "Antibakterial və Mukolitik dərman vasitələrinin satınalınması” (602367.01 AZN), "Narkotik və Hepatoprotektor dərman vasitələrinin satınalınması” (520760.55 AZN), "Antiviral dərman vasitələrinin satınalınması” (931682.29 AZN), "İmmunostimulə edici dərman vasitələrinin satınalınması”  (987182.21 AZN) və "Antifunqal və İmmunomodulə edici dərman vasitələrinin satınalınması” (996735.62 AZN) nəzərdə tutulur.

"Azeri MED” QSC bundan əvvəl Dövlət Sərhəd Xidməti ilə zərdab və vaksinlərin, həmçinin tibbi sərf materiallarının satın alınmasını nəzərdə tutan 2 müqavilə imzalayıb.

Müqavilələrin toplam maliyyə dəyəri 441 703.85 AZN-dir.

"Azeri Med” QSC-nin iriməbləğli tenderlərdə qalib gəlməsi təsadüfi deyil. 2 iyul 2004-cü ildə 10 000 manatlıq nizamnamə kapitalı ilə qeydiyyata alınan QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğlu olsa da, şirkətin əsl sahibi Milli Onkologiya Mərkəzinin (MOM) Baş direktorunun müavini, deputat Kəmaləddin Qafarovdur. Məhz bu faktor "Azeri MED” QSC-nin tenderlərdə qalib şansını birəbeş artırır.

Araşdırmalar zamanı bəlli olur ki, MOM-un tenderlərində bir qayda olaraq "Azeri MED” QSC qalib elan edilir. Hətta bəzi hallarda MOM tender keçirmədən belə, şirkətlə iri məbləğli müqavilələrə bağlayır. Məsələn, bir müddət əvvəl məlumat yayılmışdı ki, MOM heç bir tender olmadan QSC ilə 43 milyonluq alqı-satqı həyata keçirib.

"Azeri Med” QSC hüquqi ünvanı hazırda  Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. Bundan əvvəl isə şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti, ev 65A, məhəllə 3078A, mənzil 155-də yerləşib. Bu ünvanda Kəmaləddin Qafarov və ailə üzvləri də qeydiyyatdadır.

Yeri gəlmişkən, dövlət satınalmalarının vahid elektron portalında "Azeri MED” QSC-nin Vergi Ödəyicilərinin Eyniləşdirmə Nömrəsi (VÖEN) 2000296061 olaraq qeyd edilib. Lakin araşdırmalarımız zamanı bəlli olub ki, bu VÖEN "Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə (ASC) aiddir. VÖEN-in yanlış göstərilməsi texniki yanlışlıq ola bilər. Dövlət satınalmalarının elektron portalında bu cür xətalara rast gəlinir. Lakin VÖEN-in qəsdən yanlış qeyd edilməsi də istisna deyil. Bu halda məqsəd çaşqınlıq yaratmaqla şirkətlə bağlı bilgiləri gizlətmək, yaxud sadəcə çaşqınlıq yaratmaq ola bilər. Hər halda Kəmaləddin Qafarov deputatdır, qanunvericilik isə Milli Məclis üzvünün bizneslə məşğul olmasını yasaqlayır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR