"Davamçı"lar Respublika Gününü Şahdağda qeyd edib - FOTOLAR

29 may, 2021 16:52

Şahdağ Turizm Mərkəzinin dəstəyi ilə "Davam" Gənclər Hərəkatı tərəfindən Şahdağa tam ödənişsiz tur təşkil olunub. 28 May - Respublika Günü ilə əlaqədar baş tutan tur çərçivəsində hərəkatın 15 fərqli universitetdə qurulmuş Dayaq Nöqtələri ətrafındakı 200-dən çox fəal davamçı gəncin asudə vaxtını səmərəli keçirməsi üçün karantin qaydalarına əməl olunmaqla hər cür şərait yaradılıb.

Azsiyasət.com xəbər verir ki, gəncləri qarşılayan Şahdağ Turizm Mərkəzinin İdarə Heyətinin sədri Səid Salayev və "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı iştirakçıları salamlayaraq onlara xoş istirahət arzu ediblər.

Nihad Allahyarlı yaradılan şəraitdən razılığını dilə gətirərək başda Səid Salayev olmaqla mərkəzin kollektivinə öz təşəkkürünü bildirib və bundan sonra da gənclər üçün bərabər imkanlar yaratmağa, əlçatanlılıq prinsiplərini rəhbər tutmağa davam edəcəklərini gənclərin diqqətinə çatdırıb.

Ardınca isə davamçılar füsunkar təbiətin qoynunda, canlı musiqi sədaları altında müxtəlif idman oyunları, yarışmalar, rəqslər təşkil ediblər. Nahar və kofe fasiləsi zamanı yeni dostluqlar quran gənclər kvadrasikl və kanatla Şahdağın əsrarəngiz təbiətini gəzərək əyləncəli anlarla dolu maraqlı bir gün keçiriblər. Kanat gəzintisi zamanı davamçılar mərkəz ərazisində yerləşən ən uzun və ən yüksək dağ zirvəsinə qaldıran kanat xətti - qondola ilə dəniz səviyyəsindən 2100 metr hündürlüyə qalxıb, dağ zirvəsi və yamacı boyunca gözəl mənzərəni seyr ediblər.

Tur zamanı gənclərin iştirakıyla 28 May - Respublika Günü ilə əlaqədar ərsəyə gələn fləşmob zamanı davamçılar tərəfindən rabitəli düzülüş nəticəsində 1918, sonsuzluq işarəsi formalaşdırılıb, eni 10, uzunluğu 20 metr olan bayraq dalğalandırılıb. Fləşmobun məqsədi suveren Azərbaycanın əbədi və daimi olduğu mesajını vermək olub. Günün sonunda iştirakçılar xoş təəssüratlarla mərkəzdən ayrılaraq Bakıya doğru yola düşüblər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR