Keçmiş arvadı ilə qaynanasını əvvəl maşınla vurdu, sonra düşüb bıçaqladı - Suraxanı məhkəməsinin qarşısında baş verənlərin səbəbi nədir?

29 may, 2021 17:02

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda və qəsdən adam öldürməyə cəhddə ittiham olunan Fədail Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

46 yaşlı Fədail Atakişiyev 5 avqust 2019-cu ildə idarə etdiyi avtomobili keçmiş həyat yoldaşı Ramidə Budaqovanın və onun anası Narın Gülməmmədovanın üstünə sürərək onları qəsdən vurub. Bununla kifayətlənməyən F.Atakişiyev daha sonra maşından yerə düşüb, hər iki qadına bıçaqla ardıcıl zərbələr endirib. Ağır dərəcəli bədən xəsarətləri alan ana – bala  dərhal xəstəxanaya çatdırılıblar.  Həkimlərin səyi nəticəsində onların həyatını xilas etmək mümkün olub.

Rəsmən boşanıblar, amma münaqişə davam edib...

F.Atakişiyev həyat yoldaşı ilə rəsmi qaydada ayrılsa da keçmiş ər-arvad arasında ədavət, münaqişə davam edib. Hadisə baş verən gün Suraxanı rayon məhkəməsində F.Atakişiyevin valideynlərinin  Ramidə Budaqovaya qarşı nəvələri ilə ünsiyyətdə olmaq hüququnun verilməsinə dair qaldırdıqları iddiaya baxılıb. İdarə etdiyi avtomobillə ata-anasını məhkəmə prosesinə gətirən Fədail özü məhkəmə binasının qarşısında dayanaraq prosesin başa çatmasını gözləyib.

Bir qədər sonra Ramidə Budaqova ilə anası Narin Gülməmmədovanın məhkəmə binasından çıxaraq piyada Bakıxanov qəsəbəsi, N.Səlimov küçəsi istiqamətinə getdiklərini görüb. Keçmiş arvadı ilə onun anasının uzun müddət övladları ilə ünsiyyət qurmasına imkan vermədiklərindən  hiddətlənən F.Atakişiyev onların hər ikisini öldürmək qərarına gəlib və idarə etdiyi avtomobili onların üzərinə sürüb. R.Budaqova xəsarət alsa da, anası avtomobilin zərbəsindən yayına bilib. Ramidənin ölmədiyini, anasının isə xəsarət almadığını görən F.Atakişiyev avtomobilən götürdüyü bıçaqla hər ikisinə zərbələr endirib.

Törətdiyi cinayət əməlinə görə, F.Atakişiyevə Cinayət Məcəlləsinin 29, 120.2.7-ci ( qəsdən adam öldürməyə cəhd) və 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Sabunçu rayon məhkəməsi tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib.

"Evlənəndən bir neçə il sonra Ramidə tamam dəyişdi..."

Təqsirləndirilən Fədail Atakişiyev ona elan olunmuş ittihamla özünü qismın təqsirli bilib. İfadəsində Ramidə ilə 2007-ci ildə ailə qurduğunu, birgə nikahdan iki övladları olduğunu, aralarında ciddi problem yaranmadığını deyib: “Evləndikdən bir neçə il sonra Ramidə tamam dəyişmişdi. Qaldığımız evi, şəraiti bəyənmirdi. Buna görə bir neçə dəfə mübahisəmiz düşmüşdü”.

F.Atakişiyevin ifadəsinə görə, 2017-ci ilin sentyabrında Ramidə uşaqları da özü ilə götürərək evdən qaçıb. Onları nə qədər axtarsa da tapa bilməyib. Ramidənin valideynlərinin, qohumlarının  evinə gedib, onun yerini öyrənməyə çalışıb. Amma heç kim ona arvad-uşağının harada olduğunu deməyib.  Arvadı ilə bir dəfə Binəqədidə təsadüfən rastlaşıb. Ona yaxınlaşıb  “səninlə heç bir işim yoxdur, mən uşaqlarımı görmək istəyirəm” deyib.  Ramidə də yaxın günlərdə onu uşaqları ilə görüşdürəcəyinə söz verib: “Görəndə ki, çox əsəbləşmişəm, dedi, uşaqları sənə göstərəcəyəm. Amma yenə də uşaqlarımı mənə göstərmədi”.

Ramidənin evdən qaçmasının səbəbi nə olub?

F.Atakişiyev həmçinin ifadəsində Ramidənin Almaniyada yaşayan, orada evlənib vətəndaşlıq alan qardaşının yanına köçmək niyyətində olduğunu deyib. Ər-arvad arasında yaranmış münaqişəyə səbəb də məhz bu olub: “Razılaşmırdım, istəyirdim ki, uşaqlarım burada böyüsünlər. Ramidənin evdən qaçmasına səbəb də elə bu idi. Münasibətlərimiz də bu üzdən korlanmışdı. (Qeyd edək ki, ailədaxili münaqişlərə görə həmin ərəfələrdə Binəqədidəki altımərtəbəli yaşayış binasının damına çıxaraq intiraha cəhd edən F.Atakişiyev FHN əməkdaşları tərəfindən xilas edilib-red.) O vaxtdan sonra bir daha Ramidəni görmədim”.

Arvadının Suraxanı rayon məhkəməsinə boşanmaq üçün müraciət etdiyini öyrənən F.Atakişiyev öz növbəsində uşaqlarını görmək üçün adıçəkilən məhkəməyə müraciət edib. Bundan sonra cütlük rəsmi qaydada boşanıb.  İki uşağın saxlanması üçün ona ayda 300 manat aliment ödəməsi ilə bağlı qərar çıxarılıb, uşaqlarını həftədə 8 saat görmək üçün rəsmi icazə verilib: “2018-ci ilin iyulunda boşandıq. Həmin müddətdən sonra uşaqlarımı cəmi bircə dəfə görə bildim. Ramidə uşaqları mənə göstərmir, məhkəmənin qərarını icra eləmirdi”.

Fədail Atakişiyev dərdini "Yeni Müsavat"a danışmışdı...

Nəvələri görmək uğunda mübarizə: Fədail keçmiş arvadını və qaynanasını öldürməyi qərara alır

Hadisədən üç ay öncə Fədailin valideynləri də nəvələrini görməkdən ötrü rəsmi icazə verilməsi üçün məhkəməyə müraciət ediblər. Hadisə baş verən gün Atakişiyevlər məhkəməyə çağırılıblar: “Maşını məhkəmənin binasından bir qədər aralı saxladım ki, Ramidə məni görməsin. Bir qədər sonra atamla anam məhkəmədən çıxdılar. Atam əli ilə ürəyini tutub yerə çökmüşdü. Ramidə və anası istehzayla atama baxıb nəsə dedilər, başa düşmədim. Ramidənin içəridə nəsə etdiyini fikirləşib maşını arxasınca sürdüm. Artıq əsəblərim dözmürdü, maşını Ramidəylə anasının üstlərinə sürdüm. Anası dayandığı yerdən tərpəndiyinə görə maşın yalnız Ramidəyə dəydi. Bıçağı götürüb yerə düşdüm, Ramidəyə bir neçə zərbə vurdum. Sonra anasına da bıçaqla zərbə endirdim. Ətrafda xeyli adam vardı. Atamla anam da hadisə yerinə gəldilər. Polislər məni polis bölməsinə apardılar. Ramidəni, anasını öldürmək istəməmişəm”.

"Ərim məni müntəzəm döyürdü, əzab verirdi..."

Zərərçəkmiş Ramidə Budaqova ifadəsində ailə qurduğu gündən etibarən həyat yoldaşı tərəfindən mütəmadi olaraq döyüldüyünü, təhqir olunduğun, işgəncələrə məruz qaldığını, təzyiq altında saxlanıldığını deyib. Döyülüb-spyüldüyündə anasının yaşadığı evə gedib, ərindən şikayətlənib. Anası ona ailəsini dağıtmamağı, səbirli olmağı məsləhət görüb. Fədail də hər dəfə arxasınca gələrək, onu öldürəcəyi ilə hədələyib, yenidən evə qaytarıb. Həyat yoldaşının hərəkətlərindən cana yığılan qadın sonda boşanmaq üçün məhkəməyə müraciət edib: “Hər dəfə uşaqları görməyə gələndə dava-dalaş salır, məni döyürdü. Bir gün məni öldürəcəyi ilə hədələyirdi. Əlindən bezmişdim, məcbur olub polisə şikayət etdim. Fədaili 500 manat cərimə elədilər”.

Zərərçəkmiş deyib ki, məhkəmə binasından çıxdıqdan sonra hasarın yanında anası ilə dayanan zaman Fədail qəflətən maşını onların üstünə sürüb: “Avtomobilin qabaq hissəsi ilə daş hasarın arasında sıxılmış vəziyyətdə qalmışdım. Fədail “sizi öldürəcəyəm” deyib, əvvəl məni, sonra da anamı bıçaqla vurdu. Zərbələrin təsirindən anamla ikimiz də yerə yıxılmışdıq. Hadisə vaxtı Fədailin atası Rövşən yanımda oturub mənə kömək etmək istədi”.

Daha sonra R.Budaqova ifadəsində göstərib ki, Fədail atasının yanında yenidən ona bıçaqla hücum çəkib. R.Atakişiyev əli ilə oğlunu geri itələyib, növbəti zərbəni endirməyə qoymayıb. Zərərçəkmişin dediyinə görə, həmin vaxt Fədailə atası Rövşən Atakişiyev və hadisə yerindəkilər mane olduqlarına görə onları öldürə bilməyib...

Məhkəmə prosesi davam edir.

Virtualaz.org

08 noyabr

17:38 - "Qərb istəyirdi ki, Azərbaycan işğalla barışsın" - Prezident17:36 - "Tramp Ukraynaya dəstəyi dayandıracaq" - Orban17:35 - Xarici İşlər Nazirliyi Fransaya çağırış etdi17:32 - Zəfər parkının açılışından - FOTOLAR17:21 - "Mayak" Karqo Şirkəti Zəfər Günü münasibətilə qazilərlə görüş keçirib - VİDEO

07 noyabr

21:07 - Bakıda plastik cərrahiyyə ilə məşğul olan "həkim"in müvafiq sertifikatı yox imiş - Rəsmi21:05 - Azərbaycanın qeyri-neft-qaz ixracı artıb21:01 - Trampın Ağ Evə qayıdışı dünya liderlərinə necə təsir edəcək? - "Bloomberg" nəşri20:59 - Pezeşkiandan Trampın prezident seçilməsinə münasibət...20:57 - "Azərişıq"dan 100 milyonluq tenderlər udan şirkətin nə saytı, nə də sosial şəbəkə hesabı var

06 noyabr

18:46 - Azərbaycanın 30 yaşlı yerli və özəl şirkətlərini tanıyırsınızmı? - VİDEO11:59 - Prezident Bişkekdəki Zirvə Görüşündə...11:57 - Dövlət Xidməti eyni səbəbə görə "Bravo"nu 5-ci dəfə cərimələdi11:56 - Tramp siyasi qələbəsini elan etdi

04 noyabr

10:57 - ABŞ seçkilərində Trampın qalib gəlməsi Pekinə sərf edir - "Bloomberg" nəşri10:52 - "Vardanyan Azərbaycanda 30 illik erməni - rus layihəsinin siması oldu" - "Euronews"10:44 - Rövnəq Abdullayevin kürəkəninə məxsus sığorta şirkəti 213 min manatlıq tenderin qalibi oldu

29 oktyabr

16:14 - Azərbaycanın mina problemi BMT-nin Cenevrə ofisində müzakirəyə çıxarılır16:11 - "Qarabağa köçən ailələrə niyə torpaq verilmir?" - Deputatdan etiraz16:09 - "MSK rəhbərliyi ölkədə bələdiyyələrin olduğunu yaddan çıxarıb"

24 oktyabr

13:40 - 7 ölkə Ukraynanın NATO üzvlüyünə qarşı çıxdı - "Politico" nəşri13:37 - 43 ay sonra PKK lideri ilə ilk görüş - Nələr danışılıb?13:33 - İlham Əliyev BRİCS Sammitinin ilk plenar iclasında - FOTOLAR10:12 - Hansı marketlərdən alış-veriş edirsiniz? - SORĞU

21 oktyabr

16:27 - Ermənistanda Azərbaycanla bağlı bu sənəd təsdiqləndi16:25 - AMEA ilə bağlı cinayət işi başlandı - Ramiz Mehdiyevdən açıqlama16:16 - Rusiyadan 1 manat 3 qəpiyə alınan benzin əhaliyə 1 manat 10 qəpiyə satılır

20 oktyabr

18:52 - "Qarabağda əməliyyat BMT qətnamələri əsasında keçirilib" - Simonyan18:50 - İran Qərbi Azərbaycanda hasar çəkəcək18:48 - "Müharibəyə hazırlaşın!" - Çin lideri