Aqibət Məmmədov və yerli məmurların tender oyunları - Gəncədə milyonlar necə "yeyilir" - FOTOLAR

30 may, 2021 15:27

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə 3 971 349.16 AZN dəyərində müqavilə imzalayıb.

Azsiyasət.com hit.az-a istinadən xəbər verir ki, müqavilədə Gəncə şəhərində yolların təmir işlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Gəncə Körpü Tikinti-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-nin qanuni təmsilçisi Rzayev Süleyman Qəmbər oğludur.

Süleyman Rzayev inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. Onun adı həm də Beynəlxalq Bankla məhkəmə çəkişməsində iddiaçı qismində keçir. Nəsimi Rayon Məhkəməsi Süleyman Rzayevin sözügedən banka qarşı “pulun geri qaytarılması” iddiasını təmin edib. Beynəlxalq Bank apelyasiya şikayəti versə də, birinci instansiyasının çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Araşdırmalarımız zamanı o da məlum olub ki, Süleyman Rzayev “Gəncə Körpü Tikinti-2” ASC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. ASC-nin sahibi iş adamı Aqibət Məmmədovdur. O, şirkətin Direktorlar Şurasının sədri kimi təqdim edilib.

Aqibət Məmmədov oliqarx kimi tanınır. O, ötən il oğlunun avtomobil kolleksiyası ilə gündəmə gəlmişdi. Məlumatlarda bildirilirdi ki, Aqibət Məmmədovun oğlu Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır. Onun vaxtaşırı avtomobil parkını yenilədiyi iddia olunur.

Aqibət Məmmədovun rəhbərlik etdiyi ASC-yə gəlincə, şirkət əsasən Gəncənin yerli qurumlarının elan etdiyi tenderlərin qalibi olur. Məsələn, 2019-cu ildə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İsltehsalat Birliyi və Gəncə Şəhər İcra Hakimiyyəti şirkətlə 4 521 817.45 AZN dəyərində 3 müqavilə imzalayıb. Müqavilələrdə abadlıq-quruculuq və yolların təmiri işlərinin satın alınması nəzərdə tutulur.

Ehtimal olunur ki, Gəncənin yerli qurumlarının “Gəncə Körpü Tikinti-2” ASC ilə əməkdaşlığının kökündə Aqibət Məmmədovun yerli məmurlarla yaxınlığı dayanır. “Gənc Körpü Tikinti-2” ASC ilə bağlı maraqlı faktlardan biri də Məhərrəm Məmmədov adlı vətəndaşın şirkəti məhkəməyə verməsidir.

Vətəndaş mediaya açıqlamasında bildirib ki, o, 5 saylı Körpü Tikinti İdarəsində sürücü kimi işləyirmiş. 1992-ci ildə Gədəbəy rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Milli Ordunun Gədəbəy bölməsinə silah-sursat gətirmək üçün Ağdam şəhərinə göndərilib. Geri qayıdarkən Gədəbəy rayonunda avtomobil qəzasına düşüb. Qəza nəticəsində xəstəxanaya yerləşdirilən Məmmədova sol ayağının üçdə bir və hər iki diz qapağının qapalı sınığı diaqnozu qoyulub. Bundan sonra ona 3-cü qrup əlillik dərəcəsi verilib.

Şikayətçi Məmmədov 2012-ci ildə Gəncə -Kəpəz rayon Məhkəməsində iddia qaldırır. O, “Gəncə Körpü Tikinti -2” Açıq Səhmdar Cəmiyyətindən 75.600 manatlıq aylıq ödəniş, 25.200 manatlıq birdəfəlik ödəniş, 5 min manat maddi ziyan, 5 min manat məbləğində mənəvi ziyanın ödənilməsini istəyib. Məhkəmə müddəti keçdiyi üçün iddianı təmin etmədiyini açıqlayır. Son olaraq Ali Məhkəmə də eyni qərarı çıxarır.

“Gəncə Körpü Tikinti 2” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsaq Tomuyev məhkəmədə bildirib ki, ASC 5 saylı Körpü Tikinti Sahəsinin hüquqi varisidir. İdarənin işçisi olmuş Məhərrəm Məmmədovun iddiaları əsassızdır. Onun iştirakı ilə qeyd edilən tarixdə heç bir yol nəqliyyat hadisəsi olmayıb.

Məhərrəm Məmmədov 19 il ərzində bu işlə bağlı dövlət qurumlarına çoxsaylı şikayətlər ünvanlayıb. Vətəndaşın sözlərinə görə, onun şikayət məktublarının ümumi çəkisi 100 kiloqramdır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR