Rus polisi azərbaycanlı gənci necə öldürdü? - Təfərrüat

31 may, 2021 00:05

Novosibirsk yaxınlığında yol polisininin güllələdiyi azərbaycanlı gənc Vəkil Abdullayevin xəstəxanada dünyasını dəyişməsi bu hadisəyə diqqəti artırıb.

Azsiyasət.com musavat.com-a istinadən xəbər verir ki, Novosibirsk vilayətinin Səhiyyə Nazirliyi Moşkovo qəsəbəsində baş verən hadisədə yaralanmış Vəkil Abdullayevin ölümünü təsdiqləyib. Həkimlər oğlanın həyatı üçün iki gün mübarizə aparıblar. Amma güllə başın arxasına dəyib ağızdan çıxdığı üçün gəncin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə mayın 28-də Sibir yolunda baş verib. Rəsmi məlumatda qeyd edilir ki, “Toyota” markalı avtomobilin sürücüsü yol polisinin dayanma tələbini yerinə yetirməyib. Yol polisi qısa müddətdə avtomobilin sürücüsünü saxlamağa müvəffəq olub. 38 yaşlı yol polisi şübhəli şəxsi xidməti avtomobilinə aparıb. Bu zaman 19 yaşlı gənc Vəkil müdaxilə etməyə başlayıb və bu hadisə baş verib.

Hadisənin səbəbkarı 38 yaşlı polisə qarşı “Rəsmi səlahiyyətləri aşma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsi) və “Laqeydliklə ağır bədən xəsarəti yetirmə” ( Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsi ) maddələri ilə cinayət işi açılıb. Polis məmurunu 10 ilədək həbs cəzası gözləyir.

Rusiyanın “Komsomolskaya Pravda”nəşri hadisə ilə bağlı öz araşdırmasını aparıb. Bildirilir ki, mayın 28-də Vəkil iki dostu ilə birlikdə Tomskdan qayıdırmış. Tomska getmələrinə səbəb maşın üçün sifariş etdikləri ehtiyat hissələri almaq olub. Xarici avtomobili sahibi 19 yaşlı Vəkil idarə edirmiş. Onlara evə qayıdarkən tamamilə ayıq olublar.

Novosibirsk bölgəsində "Toyota" yol polisi əməkdaşı tərəfindən təqibə alınıb. Bunun səbəbi ilə bağlı iki fərqli versiya var. Yol polisi iddia edirlər ki, “Toyota” “saxla” əmrinə tabe olmayıb və bu səbəbdən avtomobili təqibə alıb. Gənclər isə iddia edir ki, yol polisinin onları saxlamaq istəməsini, hətta onları miqalka ilə təqib etdiyini görməyiblər. Maşını isə bir kafenin qarşısında özləri saxlayıblar ki, tualetə girsinlər. Avtomobildə isə Vəkildən başqa qardaşı İlkin və Ruslan adları dostları olub.

İlkin deyib ki, onlar qayıdanda görüblər ki, yol polisi Ruslanın əl-qolunu buraraq zorla avtomobilə soxmağa çalışır. “Biz onların yanına qaçdıq. Müfəttiş avtomobilimizin şüşəsini yumruqlamağa başlayanda hirsləndik. Polis bu dəfə Vəkilə qarşı zor tətbiq etməyə başladı. Ruslan isə telefonunu çıxarıb bütün bu baş verənləri çəkməyə çalışdı. Onun mobil telefonunu aldı, sonra isə mən baş verənləri çəkməyə başladım” deyə, o bildirib.

“Bu video artıq demək olar ki, bütün ölkə tərəfindən izlənilib. Kadrlarda gənclər yol polisinə müqavimət göstərir, patrul avtomobilinə minmək istəmirlər. Hər ikisi də ana söyüşü edirlər. Sonra çəkiliş kəsilir. Və kadrlarda gənc sürücü Vəkilin avtomobilin kapotundan necə süründüyü, ağzından qan axdığı görünür. Onun başı üzərində həyəcanlı yol polisi dayanıb, əlində tapança ...” deyə, Rusiya nəşri yazır.

Qardaşı deyib ki, polis əlində tapança ilə Vəkili maşının kapotuna sıxanda hər şeyin ciddi olduğunu başa düşüb. “Müdaxilə etmək üçün ani telefonu söndürdüm və bu zaman atəş səsi eşidildi. Mən o anı çəkmədim. Qanı gördükdə əvvəlcə şok oldum, ancaq telefonumu yenidən çıxarıb çəkməyə başladım ” deyə, o bildirib. İlkin və hadisənin digər şahidi deyib ki, yol polisindən kəskin spirt iyi hiss ediblər.

Müstəntiqlərin versiyasına görə də yol polisi əməkdaşı səlahiyyət hədddini aşaraq 19 yaşlı oğlanı yumruq və təpiklə vuraraq ona zor tətbiq edib. Bundan sonra, "PM" tipli xidməti tapançasını çıxararaq, atəşə hazır vəziyyətə gətirib, sonra isə tətiyi çəkib.

Yol polisi dərhal həbs edilib. Onun saxlanıldığı müvəqqəti təcridxananı OMON nəzarətə alıb. “Mitinq keçirmirik, amma təbii ki, qəzəblənmişik. Bu dəhşətli hadisədən xəbər tutan Vəkilin tanışları, dostları və qohumları Moşkovoya gəliblər. Atası Gürcüstandan qayıdır. Rusiyada belə bir məsələyə görə adama atəş açıla biləcəyini ağlımıza sığışdıra bilmirik. Sabah bu cür polislər sizə, övladlarınıza hücum edəcəklər və bu qorxuncdur” deyə, Vekilin dayısı Asif Yusubov nəşrə bildirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR