Əsgər meyitlərinin qalıqlarını zirzəmidə gizlədib Azərbaycanı günahlandırmaq?

01 iyun, 2021 09:45

Ermənistanda 44 günlük Qarabağ müharibəsi zamanı ölən erməni əsgərlərinin kisələrə doldurulmuş qalıqlarının Abovyan şəhərindəki xəstəxana morqunun zirzəmisində necə gəldi atılmasını əks etdirən fotoların yayılması seçki ərəfəsində böyük qalmaqala səbəb olub. Səhiyyə Nazirliyi bu rüsvayçı fakta izahat tapa bilməyib və araşdırma başladıldığını açıqlayıb.

Fotolara əsasən əsgər meyitlərinin qalıqlarının doldurulduğu çoxsaylı politelen  kisələr morqun zirzəmisində necə gəldi döşəməyə atılıb, üst-üstə qalaqlanıb. Həmin fotoların nə zaman çəkildiyi məlum deyil, amma seçki kampaniyasının qızğın vaxtında yayılması sosial şəbəkələrdə Paşinyan hökumətinə qarşı qəzəb və hiddət doğurub. 

Bu fotoların yayılmasından əvvəl itkin düşmüş bir qrup erməni hərbçilərinin yaxınları Yerevanda yolu bağlayaraq etiraz aksiyası keçirmişdi. Onlar bildirirdilər ki, hakimiyyət itkilərlə bağlı səs-küy yaranmasın deyə  ölən hərbçilərin meyitlərini uzun müddət soyuducularda saxlayıb. Etirazçılardan biri deyib ki, 200-dən çox cəsəd uzun müddət müxtəlif yerlərdə soyuducularda, o cümlədən meyvə saxlamaq üçün nəzərdə tutulan soyuducularda saxlanılıb. Toplaşanlar deyiblər ki, hakimiyyət itkilərin real sayını hələ də açıqlamır.

Ermənistanda əsgərlərin meyitlərinin “Spayka” şirkətinə məxsus soyuducu TIR-larda  saxlanılması faktı daha əvvəldən məlum idi, hakimiyyət isə bildirirdi ki, meyitlərin qalıqları ekspertizadan keçdikdə yaxınlarına təhvil verilir. Lakin hələ də 1500-ə yaxın erməni hərbçisi itkin hesab olunur. Ermənistan tərəfi isə beynəlxalq humanitar təşkilatlar vasitəsilə hay-küy qaldıraraq Azərbaycanı əsirlərin sayını gizlətməkdə, guya hələ də yüzlərlə əsir saxlamaqda günahlandırırdı. İndi isə məlum olur ki, əslində ölən əsgərlərin bir qisminin meyitlərini elə Ermənistanın özündə gizlədirlər, hansısa zirzəmilərdə, kisələrə doldurulmuş halda. Başqa sözlə, öz ordusunun müharibədə ölən əsgərlərinə qarşı adi insani normalara əməl etməyən ölkə Azərbaycanı humanitar normaları pozmaqda günahlandırmaq heç bir əxlaqa sığmır...

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR