"İdarə rəisinin kürəkəni və oğlu məni ölümlə hədələyir..." - Ucar sakini

01 iyun, 2021 10:44

28 may tarixli sayımızda Ucar rayonu H.Əliyev prospekti ev 136 ünvanında yaşayan Şirinov Raqif Ayaz oğlunun ölkə rəhbərliyinə ünvanladığı məktubu dərc etmişdik. Həmin məktubda Ucarda torpaqların sürətlə şoranlaşmasından və bunun qarşısını almalı olan Ucar Rayon Meliorasiya İdarəsinin rəhbərliyinin fəaliyyətsizliyindən söz açılırdı.

Şikayətçi bildirirdi ki, idarə rəisi birbaşa vəzifəsilə məşğul olmaq, rayon torpaqlarının şoranlaşmasının qarşısını almaq əvəzinə bizneslə, fermer təsərrüfatı ilə məşğul olur, rayon ərazisindəki torpaq sahələrini zəbt edir: 

“Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun başı korrupsiya əməllərinə qarışdığından rayon torpaqlarını şoranlıq ağuşuna alıb, kənd təsərrüfatı məhv olmaq üzrədir. Nəticədə, Ucar ərazisində torpaqlar əkinə yararsız hala düşür, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyir. Ucar rayon Meliorasiya İdarəsinin bütün texnikaları Həsən Qasımovun şəxsi təsərrüfatında işlərə cəlb edilib. Hansı ki, həmin texnikalar rayon ərazisində olan kanalların təmizlənməsinə və digər əhəmiyyətli işlərə cəlb edilməlidir...”

Redaksiyamıza yenidən müraciət edən Raqif Şirinov bu dəfə etdiyi şikayətlərə görə Ucar Rayon Meliorasiya İdarəsinin rəisi Həsən Qasımovun öz yaxınları vasitəsilə ona hədə-qorxu gəldiyini, təhqir etdirdiyini yazıb:

“Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun korrupsiya əməlləri barədə video və foto faktlarla şikayət etdikdən sonra məni ölümlə hədələtdirir və nalayiq söyüşlərlə təhqir etdirir. Belə ki, 29 may 2021-ci il tarixdə Həsən Qasımovun kürəkəni, "Azərişıq" ASC-nin yüksək vəzifəli əməkdaşı Səlimov Zaur Qurban oğlu mənə dəfələrlə zəng edərək, ölümlə hədələdi və nalayiq şəkildə təhqir etdi. Bunu təsdiq edən səs yazısını təqdim edə bilərəm. Mən bu barədə 102 xidmətinə zəng edib məlumat verdikdən sonra Ucar Rayon Polis Şöbəsinin Yusif adlı zabiti mənim izahatımı aldı. Həmin vaxt Zaur Səlimov mənə zəng edəndə Yusif adlı polis zabiti mənim telefonuma gələn zəngə cavab verdi. Zaur Səlimov məni və polis zabitini nalayiq söyüşlərlə təhqir etdi.”

Şikayətçi qeyd edir ki, idarə rəisinin oğlu da onu hədələyərək, təhqir edib: 

“Həmçinin, Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun oğlu “Ucar Meliorasiya Servis”də mühəndis işləyən Nicat Qasımov da mənə dəfələrlə zəng edərək, ölümlə hədələyib və təhqir edib. Həsən Qasımov və onun ailə üzvləri dövlət qanunlarını saya salmırlar...”

Sonda bir daha ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edən Ucar sakini idarə rəisi barədə ölçü götürülməsini və onun əməllərinin araşdırılmasını xahiş edib.

Azpolitika.info

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"