Dünyanın 173 ölkəsi ABŞ-dan asılı vəziyyətə düşəcək - Tramp, yoxs Bayden?

23 avqust, 2020 00:10

Ərgün Dilər

“Takvim” qəzeti,  Türkiyə, 20 avqust 2020-ci il

Bir avtomobil fabriki təsəvvür edin. Rahat, sürətli, davamlı və təhlükəsiz bir nəqliyyat vasitəsi hazırlanır. Əlbəttə ki, hazırlanan bu nəqliyyat vasitəsinin hər bir detalı xüsusi önəmlidir. Sükan çarxından əyləc sisteminə qədər bütün detalları avtomobilin sürətində xüsusi rol oynayır. Baxım dövründən tutmuş, nəqliyyat vasitəsinə yazılan yeni nəsil proqram təminatına qədər. Nəqliyyat vasitəsini istehsal edən fabrikin sahibi hər detalı düşünür. İnvestisiyasını, fabrikin kadr ehtiytını və texnologiyanı bu fabrikə müvafiq olaraq seçir. Çatışmayan nə detal varsa, tapıb yerinə qoyur. Çünki avtomobil bitmiş bir mürəkkəb sistemin işləyən formasıdır və bu sistemin yaxşı işləməsi üçün bütün güc mənbələri eyni masa üzərinə toplanır.

Dövlətlərarası  sistemlərdə də vəziyyət eynilə belədir. Necə ki, bir maşının sahibi, bir markanın rəhbəri var, eləcə də dünyanın da sahibi olan və yaxud olmaq istəyənlər var.  Əgər düşünürsünüzsə ki, dünyada mövcud olan 200 ölkə hər istədiyini edir, istənilən formada idarə edilir, bu, yanlış düşüncədir.  Avtomobilin, fabrikin sahibi buna icazə verməz, vermədi də.

İkinci dünya müharibəsindən sonra dünyanın lideri ABŞ oldu. İngiltərə həm daxildə, həm də yanlarında idi.  “Avropa Birliyi” ideyası, öz aralarında savaşsalar da, ABŞ-ın suverenlik rüzgarına qarşı qurulmuşdu. Avropanın öz daxilində apardığı iki böyük müharibə Vaşinqtonun lider olması ilə nəticələndi. Hətta etirazlara rəğmən, İkinci Dünya Müharibəsindən sonra ABŞ bu günləri görə bildiyi üçün Çini də masa arxasına oturtdu.

Bir öncəki lider isə İngiltərə idi. London hədəf kimi gördüyü ölkələrə daxil olur və orada öz planlarını davam etdirmək üçün ailələr axtarırdı.  Soykökündən süzülüb gələn ağıl  həmin ölkələrin idarəsini Londona bağlı olan ailələrin ixtiyarına verirdi. ABŞ isə “Bretton Vuds” razılaşmasından sonra bunu daha da inkişaf etdirdi və dollar vasitəsilə istədiyi dövləti özündən asılı vəziyyətə salmağı bacardı. Dolları olmayan heç bir ölkə, bank, qurum qalmamışdı. Neft və təbii qaz kimi həyati önəmə sahib ehtiyatlar dollar vasitəsilə alınıb-satılırdı. Bu, ingilislərin ailələr üzərində qurduğu sistemdən çox daha təsirli idi. FED-in (ABŞ-ın Federal Ehtiyat Sistemi) mətbəələri dollar kəsir, ABŞ-ın liderliyi getdikcə böyüyürdü.

Artıq Vaşinqtonun hər yerə hərbi qüvvə göndərməsinə ehtiyac qalmamışdı Bu, uzun müddət davam etdi. “Əkiz qüllə” hücum və ya əməliyyatları Çinə qarşı ABŞ-ın ilk önəmli həmləsi idi. 

Müharibəni ticarəti əlində saxlayan ailələrə qarşı başladırdı. “World Trade Center“ (Dünya Ticarət Mərkəzi) hədəf seçilirdi – yəni, ingilislərin idarə etdiyi sistemin oyunçularına qarşı. Hansı ki, 2001-ci ildə Çin heç bu qədər önə çıxmamışdı. Afrikada, Avrasiyada, Orta Şərqdə önəmli həmlələr etsə də, səhnənin tamamını əhatə edə bilmirdi. Çin daha da sürəti artıran zaman ABŞ artıq oyandı. Təhlükəni əslində öz əlləri ilə yaratdıqlarını fərqinə vardılar.

Çin, əslində prezident Niksonun oraya səfəriylə start verdiyi bir layihə idi.  Hətta bu səfərdən sonra “Nikson Çində” adlı bir opera tamaşası da hazırlandı. Ancaq artıq “buynuz” “qulağı” keçirdi.  Çin Şərq istiqamətdən gəldikdə, Pekin üçün “xarici güc” hesab olunan ABŞ düyməyə basdı. Əvvəlcə Çinin ayaq izlərini təqib edərək Afrikada böyük bir təzyiq meydana gətirdi. Həm hərbi qüvvə ilə, həm də dollarla. Cibutidən Sudana qədər.

Hamının öyrəşdiyi müharibə taktikaları artıq çox geridə qalmışdı. Başqa bir yolla nəticəyə varılmalı idi. Bunu yoxladılar və səhnəyə COVİD-19-u çıxardılar. Dövlətlər sarsıldı, bütün pullar darmadağın oldu. Çin sənaye gücünün önəmli hissəsini itirdi. Enerji ehtiyatlarında problemlər yaşanmağa başladı. Necə ki, Türkiyə  1960-1971-1980- 15 iyul hərbi çevrilişlərinə məruz qalırdısa, eləcə də Çin ABŞ-ın post-modern yeni müharibə metodu ilə günə başlayırdı. Müharibə artıq örtüyünü dəyişmiş halda hədəf-ölkənin daxilinə yol tapa bilmişdi. Sosial mediada paylaşılan bir mesaj belə, orduların üzərində güclü təsir yarada bilirdi.  Hələ də bəziləri “Xarici güc nədir?” sualına cavab verməkdə çətinlik çəkir. Qəribə olsa da, real vəziyyət belə idi. Necə ki, avtomobilin sahibi öz fabrikində müxtəlif ləvazimatları birləşdirərək, nəticəyə varmaq istəyirsə, ABŞ-da, Çin də elə edirdi. Heç kim sistemin tıxanmasını istəmirdi.

Türkiyə üzərində də, Afrikada da, Avrasiyada da, Orta Şərqdə də iki böyük gücün kölgəsi mövcud idi. Bunu görə bilmək üçün diplomat olmağa ehtiyac yoxdur. ABŞ özünün qurduğu, ancaq indiki dövrdə dəyişmək istədiyi sistem üçün Türkiyəyə ehtiyac duyur. Yoxsa nəyə görə prezident seçkilərində Türkiyənin, Ərdoğanın, müxalifətin adları hallansın? Bu, daha öncə baş verirdi?

Karter, Reyqan, Klinton, ya da Obama seçilərkən bunlar baş vermişdi? Bu barədə hansımız eşitmişik? Əlbəttə, heç birimiz. Sadəcə “bizim uşaqlar bacardı” sözləri qulağımıza gəlib çatırdı, vəssalam.  Daxildə bir çox şəxs “xarici güc” və ya “böyük balans” nədir, bilmirdi.  Böyük güclərin böyük hədəflərini anlamaqda ciddi problemlər yaranırdı. Məsələn, PKK niyə yaradıldı, Əl-Qaidə niyə quruldu, İŞİD kimin əsəri idi? Bunları yaradanların məqsədləri nə idi?  Reina hücumu, Atatürk Aeroportuna edilən hücum, Dolmabaxçada baş verən partlayışları kimlər nə üçün hazırlayırdı? Hansı mesajı çatdırmaq istəyirdilər? 15 iyul hadisəsindən əvvəl bunlar baş vermişdi.

Xatırlayaq, terrorla, ya da maliyyə əməliyyatları ilə Türkiyənin vəziyyəti, qətiyyəti və koordinasiyası dəyişdirilmək istənilirdi. Bunun isə həm bölgəsəl, həm də qlobal səbəbləri var idi. Hələ daxildə bu məsələnin bölgəsəl səbəbi bilinmirdi, qaldı ki, onun qlobal versiyalarını yazmaq və anlatmaq daha çətin idi.

İzləyin, Co Bayden, nəhayət, danışdı. Türkiyəyə mesajını “müdaxilə” deyərək yolladı. Qlobal sistemdə ABŞ Prezidentinin kim olduğu vacib olsa da, həyati önəm kəsb etmir.  Prezidentlər ABŞ-da sadəcə olaraq görüntüdür. Dərin Amerika dünyanı ovcuna alacağı sistemi qurur. Bunu isə Ağ Evdə etməz.

Mövzunu bir az daha aydınlaşdıraq, Baydendən davam edək.  “Great Reset” (“Böyük Sıfırlama”) ABŞ prezidentliyinə namizəd olan Co Baydenin xüsusi diqqət göstərdiyi məsələdir. Keçən həftə Baydenin iqtisadi məsələlər üzrə məsləhətçisi Cerd Bersteyn “Böyük Sıfırlama” ilə birlikdə Beynəlxalq Valyuta Fondunun (BVF) yeni rolu ilə bağlı çalışmalarını bitirdi.

Baydenə verilən hesabatda çox qəribə detallar var. 2020-nin sonu 2021-ci ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatına üzv olan 198 dövlətdən 173-ü ABŞ-dan asılı vəziyyətdə olacaq. ABŞ başda olmaqla xilas paketlərinin ümumi həcmi 10 trilyon dolları keçib. Ancaq pandemiyadan sonra qurtulan bir ölkə belə, yoxdur. Baydenin BVF sədri kimi düşündüyü Cerd Bersteyn 173 ölkənin  önəmli sənədlərini Vaşinqtona gətirəcəyini vəd etdi. Çünki siyahıdakı bu ölkələrdə siyasəti dəyişdirə biləcək iqtisadi xaos proqramı hazırdır. Avropa Mərkəzi Bankı Cerd Bersteynin planının uğurlu olacağı təqdirdə, Avropa Birliyinin dağılacağını düşünür.

Bu planda nə var? Artıq hər bir ölkə daha da borcludur. Artıq hər bir ölkə xarici ölkələrdən daha çox asılı vəziyyətdədir. Bununla birlikdə ölkələr qurtuluşu yazmaq üçün böyük bir ortaqlıqda görüşə bilmirlər. Avropaya baxın, Aralıq dənizinə baxın. Əslində hər ölkə bir-biri ilə üz-üzədir.

Bu, pandemiyanın gözlənilən nəticələrindən biri idi. Bu səbəblə ölkələr özünü xilas etmək üçün BVF-də, yəni Vaşinqtonun qapısında yatmalı olacaqlar. Müasir Pul Nəzəriyyəsinin memarı olan Cerd Bersteyn yeni dövrdə çox eşidəcəyimiz adlardan biri olacaq.

QEYD: Təbii ki, Bayden prezident olarsa. Ancaq külək Vaşinqtonda çox sakit əsir. Tramp qalib gəlsə, Cerd Bersteynin əsas vəzifələrdən birinə təyin olunacağı ehtimal olunur. Çünki Müasir Pul Nəzəriyyəsinə artıq start verilib. İndiki vəziyyət belədir. 173 ölkəni Vaşinqtondan asılı hala gətirmək məsələsi artıq masadadır. Təbii ki, bunu qırmızı lent kəsərək etməyəcəklər. Namizəd Co Bayden indi Türkiyəni hədəf alaraq, dərin Amerikaya bildirmək istəyir ki, siz məni ABŞ-a prezident olaraq gətirin, mən yeni quruluşa qarşı ən çox baş qaldıran Türkiyədən başlayım. Yəni, avtomobil fabrikinin rəhbəri bu avtomobillərə hissələr hazırlayan fabrikə öz sözünü keçirə bilmir. Bütün hadisə elə budur. Xarici güc deyə bir şey yoxdur.

Tərcümə Strateq.az-ındır.

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı