İranda neft emalı zavodu yanır - VİDEO
02 iyun, 2021 21:08

İranın paytaxtı Tehranın cənubundakı neft emalı zavodunda yanğın baş verib.
Azsiyasət.com xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Şəhid Tondquyan Neft Emalı Zavodunda baş verən yanğına görə müəssisə fəaliyyətini tamamilə dayandırıb.
Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb edilib.
İlkin məlumatlara görə, hadisə nəticəsində ölən olmayıb. Hadisə ilə bağlı araşdırmalar aparılır.