Azərbaycanda icra hakimiyyətləri ləğv edilir? - AÇIQLAMA

03 iyun, 2021 16:22

Bəzi icra başçılarının yarıtmaz fəaliyyəti cəmiyyətin bütün təbəqələrini ciddi şəkildə narahat edir. Əksəriyyət vəziyyətdən çıxış yolu kimi icra hakimiyyətlərinin ləğv edilməsini və rayonların birləşdirilməsini göstərir.

Maraqlıdır, Azərbaycanda bu dəyişikliklərə gedilə bilərmi? Əyalət sisteminə keçid əhalinin sosial vəziyyətinə necə təsir edər?

Azsiyasət.com xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a açıqlama verən siyasi şərhçi İlham İsmayıl indiki vəziyyətdə rayon icra hakimiyyətlərinin ləğv edilməsinin və ya onların səlahiyyətlərinin azaldılmasının gözlənilən olmadığını diqqətə çatdırıb:

“Ümumiyyətlə, icra hakimiyyətləri ləğv oluna bilməz, çünki hətta ən demokratik ölkələrdə belə bir vali sistemi var. Orada dövlət nümayəndəsi fəaliyyət göstərir. Bu baxımdan bizdə icra hakimiyyəti qalmalıdır, sadəcə icra hakiminə məktəbə direktor təyin etmək kimi bir səlahiyyət verilməməlidir. Çünki o zaman icra başçıları padşahlara çevrilir. Rayon icra hakimiyyətlərini ləğv etmək yerinə, onların səlahiyyətini xeyli azaldıb seçki yolu ilə bələdiyyələrə vermək lazımdır. Bu zaman xalq da seçdikləri adamların onların qayğısına qaldığını görər. Səlahiyyət azalarsa artıq hamı başa düşəcək ki, bütün işlər icra hakimiyyətindən keçmir. Çünki bizdə şəhidin ailə üzvü də, sosial narazılığı olan vətəndaş da, məktəb müəllimi də, ümumiyyətlə, rayonda hər kəs bir nəfəri tanıyır və ona müraciət edir. Ona görə də icra başçıları bütün səlahiyyət hədlərini aşır, çox uğursuz addımlar atırlar. Dediyim kimi, dövlətin nümayəndəsi olaraq bir icra başçısı fəaliyyət göstərməlidir, amma bunun adını başqa cür də qoymaq olar, çünki icra sözü olanda səlahiyyət çoxalır. Məsələn, adını vali və ya vilayət rəhbəri qoymaq mümkündür”.

Rayonların birləşdirilməsi məsələsinə gəldikdə isə ekspert bunun çox ağrılı proses olduğunu vurğulayıb:

“Hesab edirlər ki, rayonlar birləşəndə məmur heyəti azalacaq. Lakin icra başçılarının səlahiyyəti azalandan sonra məmur heyəti onsuz da öz-özünə azalacaq. Ən yaxşısı bu yolu seçməkdir. Çünki rayonları birləşdirmək təzədən o qədər strukturlarda dəyişikliyi yaradacaq ki, müəyyən çətinlik ortaya çıxacaq. Sənədlərlə bağlı vətəndaş haraya getməli olduğunu seçə bilməyəcək və s.”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI