Cəsur döyüşçü: "Qubadlıda ayaqlarımın basdırıldığı məkanı ziyarət edəcəm" - VİDEOREPORTAJ

03 iyun, 2021 17:09

Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı müharibənin zəfərlə bitməsində payı olanlardan biri də əsgər Alxasov Camal İlqar oğludur.

Əslən Quba rayonundan olan C.Alxasov 2001-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. 2019-cu ildə Sumqayıtda 34 saylı orta məktəbi bitirib. Həmin ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. O dövrdə cəbhə bölgəsi sayılan ərazidə yerləşən N saylı hərbi hissədə xidmət edib. Müharibədə iki ayağını itirib. Vətən müharibəsi qazisidir.

Döyüş yolunu Report.az-a bölüşən C.Alxasov deyib ki, müharibə başlayanda ilk olaraq Füzuli istiqamətində gedən döyüşlərə qatılıb.

Qazi bildirib ki, müharibə dövründə sürücü kimi xidmət edib və hərbçilərimizə silah-sursat, yemək daşıyıb: "Yəni ordunun təminatına baxırdıq. Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində təminat daşımışam. Oktyabrın 31-də maşınımızın Qubadlıda alınmış erməni postunda qaldığı deyildi. Komandir bizə həmin maşını çıxarmağı tapşırdı. Post uğrunda səhər qızğın döyüşlər olmuşdu və post ermənilərdən alınmışdı. Yalnız bir təpə qalmışdı. Biz ora getdik. 3 nəfər idik, maşını təmir etməyə başladıq. Yarım saat olardı ki, həmin alınmayan təpədən ermənilər bizi mərmi yağışına tutdu. Birinci mərmi maşının qabağına düşdü. Onda gözümdən və əlimdən yüngül yaralandım. Həmin vaxtı biz postun içərisinə doğru qaçdıq. Daha 2 mərmi atıldı. Bu zaman heç nə olmadı. Uşaqlar artıq postun zirzəmisinə düşmüşdülər. Posta 10 metr qalmış dördüncü mərmi atıldı və arxamda yerə düşdü. Artıq dalğa məni göyə qaldırıb tulladı. Həmin vaxt qəlpə kəsən ayaqlarımın göydə fırlandığını gördüm. İki dəfə qışqırdım, yoldaşlarım məni sürüyüb posta saldılar. 3 saat orada qaldım. Çoxlu qan itirdiyimdən gözlərim tutulmuşdu. Bəxtim gətirdi ki, ayağımın şah damarını qəlpə yandırmışdı. Ermənilər dayanmadan həmin əraziyə mərmi atırdı və maşınlar gəlib bizi götürə bilmirdi”.

Qazimiz deyib ki, düşmən 30 il ərzində çox çətin yarıla bilən beton bunkerlər inşa etmişdi: "Onlar elə bilirdilər ki, bu bunkerlər onlara kömək edəcək, amma rəşadətli Ordumuz tərəfindən o bunkerlər darmadağın edildi. Bunkerlər çox çətin yarıla bilən beton sədlərdən ibarət idi, bəzən qalınlığı divarların 1-2 m qədər çatdırdı. Bundan əlavə, düşmən bizim üçün sürpriz minalar hazırlamışdılar. Komandirimiz bizə dəfələrlə tapşırıq verdi ki, adi stəkana belə əl vurmayın. Çünki döyüş yoldaşım bu sürpriz bombanın qurbanına çevirilmişdi".

C.Alxasov qeyd edib ki, protezlə tam təmin olunandan sonra ilk ziyarət etdiyi yer Qubadlıda ayağının basdırıldığı məkan olacaq: "Heç kim sağ qalacağıma inanmırdı. Çox çətin və riskli əməliyyatı Roman Çobanov adlı həkim etdi. İlk olaraq Ehtiram müəllimin, daha sonra Roman həkimin sayəsində mən bu gün sizinlə söhbət edirəm. Əməliyyatdan ayılanda dəhşətli ağrılar hiss edirdim. Ayaqlarımdan birini baldırdan yuxarı, digərini isə bir az aşağı kəsdilər. Buna səbəb isə ayağımın zərbədən təmiz parçalanması idi. Bir neçə santimetr sümük saxlaya bildilər ki, gələcəkdə protez düzəldiləndə istifadə edim. Bir onu bildim ki, dedilər ki, təcili Bakıya çatdırılmasam, yaşama şansım az olacaq. Bakıya isə çatmağım, hansı vəziyyətdə çatacağım sual altında idi. Çox riskli olsa da, itirəcəyim heç nə qalmamışdı. Ehtiram məni Fəxri həkimlə birgə ambulansla Bakıya gətirib çatdırdı".

Qazimiz dövlətin ona olan diqqət və qayğısından da söz açıb: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənə yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanıb. Yaxınlarda qardaş Türkiyədə yerləşən Gülhanə xəstəxanasında müayinə olunacam. Eyni zamanda, mənə 1-ci qrup əlillik verilib. Daha sonra mühərrikli təkərli oturacaqla və kiçik biznes fəaliyyətimi qurmağım üçün özünəməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlarla təmin edilmişəm. Qazilərə göstərilən xidmətə görə dövlətimizə, Ali Baş Komandana təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamları ilə C.Alxasov “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"