DİN-də daha bir qalmaqal: "Seçkidə 200 nəfər birdən ortaya çıxdı"

04 iyun, 2021 14:09

Azərbaycanda İctimai Şuraların yaradılması problemsiz ötüşmür. Bir nəfərin bir neçə qurumda təmsil olunması narazılıq yaradır. Bu sektorda məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı təkliflər səslənir.

Azsiyasət.com xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan vətəndaş cəmiyyətinin tanınmış simalarından olan Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu hesab edir ki, bir şəxsin bir neçə qurumda təmsil olunması düzgün qərar deyil:

“İctimai Şuralara seçilən insanların obyektiv seçilməməsi məsələsini biz qaldırmışıq. Bir nəfər tək canı ilə neçə nəfərin işini görə bilər? Bir nəfər beş qurumda necə işləyə bilər? Həmin adamın işi nə dərəcədə effektiv olar? Bir şəxs həm işləyir, həm QHT-sı var, hər qurumda özünü nə qədər göstərə bilər?”

QHT sədrinin sözlərinə görə bu məsələdə mütləq kvota tətbiq edilməlidir:

“Bizim şəxsən tanıdığımız adam var ki, dörd yerdə ictimai nəzarət şurasının üzvüdür. Bu qədər işi necə çatdırır? Kvota mütləq olmalıdır. Bir şəxs heç iki yerdə belə işləməməlidir. Əgər normal işləmək işləyirsənsə, yalnız bir təşkilatda olmalısan. Həm də  üzvlər seçildiyi nazirlikdən qrant alırlar. Qrant alan insan nazirliyi obyektiv müşahidə edə bilərmi? Onlar artıq nazirlikdən asılı olur. Mən buna qarşıyam”.

Hüquq müdafiəçisi ötən gün Daxili İşlər Nazirliyinin yanında İctimai Şuraya keçiirlən seçkilərdən də danışıb. Qeyd edib ki, ötən gün baş tutan seçkilər deyildiyi kimi heç də şəffaf olmayıb:

"Məsələn, bizə deyilmişdi ki, yalnız bir nümayəndəniz səsvermədə iştirak edə bilər. Amma seçki zamanı 200 nəfər birdən ortaya çıxdı. Onların kimin adından, niyə gəldikləri heç bilinmədi. Onlar necə qeydiyyatdan keçdilər? Biz bunların heç birini bilmirik. Gələn 200 nəfər bizim fəaliyyətimizlə tanış deyildi. Onlar hardan gəlib səs verdilər? Kim idilər anlamadıq. Bəzi dostlarımız deyir ki, seçkilər çox şəffaf keçdi. Necə şəffaf keçdi?! Elə bil marafon idi, birdən-birə 200 nəfər gəldi. Biz bu gün öz namizədliyimizi geri götürəcəyik. Mən bu məsələni belə saxıamayacağam. Görək ictimai nəzarət komitələri nə işlə məşğuldurlar?"

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR