Azərbaycandan Londona 20 milyon dollar çirkli pul aparan ər-arvada son şans verildi

04 iyun, 2021 19:12

London məhkəməsi Azərbaycandan 20 milyon dollar (14 milyon funt sterlinq) pulu qanunsuz yollarla Böyük Britaniyaya aparan ər-arvadın anonimliyinin götürülməsi üçün onlara daha bir həftə vaxt verib. V

Azsiyasət.com “The Evening Standard” qəzetinə istinadən xəbər verir ki, London Yüksək Məhkəmənin hakimi Fridmanın çıxardığı qətnaməyə əsasən ər-arvadın onların anonimliyinin götürülməsinə dair bir həftə əvvəl Vestminister magistrat məhkəməsinin hakiminin verdiyi qərara yenidən baxılması rədd edilir. Eyni zamanda hakim onların vəkilinə öz mövqeyini şifahi şəkildə əsaslandırmaq üçün növbəti məhkəmə iclasına qədər vaxt verib. Növbəti məhkəmə isə bir həftədən tez olmayacaq.

Xəbər verildiyi kimi, şərti olaraq “X” və “Y” adlandırılan həmin azərbaycanlı ər-arvadın barəsində Cinayətkarlıqla mübarizə üzrə Milli Agentlik (NCA) təhqiqat aparır, onlar qanunsuz yollarla Azərbaycandan 14 milyon funt sterlinqin Londona aparılmasında və orada “yuyulmasında” günahlandırılır. NCA ər-arvadın adlarını onların vəkillərinin tələbi əsasında gizli saxlayırdı, lakin “The Evening Standard” qəzeti ər-arvadın kimliyinin açıqlanması tələbi ilə iddia qaldırıb. Və hazırda bu iddia məhkəmə tərəfindən araşdırılır, bu yaxınlarda NCA özü də qəzetin tərəfinə keçib və ər-arvadın anonimliyini təmin edən məhkəmə qərarının dəyişdirilməsini müdafiə edib.

Ötən həftə Vestminister magistrat məhkəməsinin hakimi Vanessa Baraytser qəzetin iddiasını təmin edərək ər-arvadın adlarının açıqlanması üçün bir həftə vaxt vermişdi. Lakin indi London Yüksək Məhkəməsi həmin qərarın icrasını azı bir həftə təxirə salıb.

Hakim Fridman bildirib ki, ər-arvadın Vestminister məhkəməsinin çıxardığı qərarın ləğvinə dair bütün arqumentləri əsassızdır, amma onların öz mövqelərini şifahi dinləmələrdə bir daha çatdırmaq haqları var. Və həmin vaxta qədər anonimliyin qorunması təmin edilməlidir.

Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentlik (NCA) ər-arvadı qanunsuz yollarla əldə edilmiş 14 milyon funt sterlinqi mürəkkəb sxemlərdən və çoxsaylı offşor şirkətlərin şəbəkəsindən istifadə edərək Böyük Britaniyaya daşıdığını bildirir. Artıq onların 6.5 milyon dollarlıq bank hesablarına həbs qoyulub. Gələn ay həmin pulların müsadirə edilməsi prosesi başlayacaq.

Ər-arvad isə həmin pulların korrupsiya yolu ilə əldə edildiyini inkar edir və bank hesablarındakı pulların müsadirə edilməsini məhkəmə yolu ilə mübahisələndirməyə çalışır. Məhkəmə sənədlərinə əsasən ər-arvadın 1.6 milyon funt sterlinqi Londondakı hesablara ötürmək üçün  istifadə etdiyi şirkətlərdən biri 2014-cü ilin iyununda yeddi gənc kişidən və beş gənc qadından ibarət qrupu İbitsa adasına aparmaq üçün özəl təyyarə kirayələyib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR