Rəsmi Bakı beynəlxalq ictimaiyyətə çağırış etdi - FOTO
04 iyun, 2021 23:52

“Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəlikləri kobud şəkildə pozmasına, o cümlədən, minaların qəsdən basdırılması siyasətinə göz yummamağa çağırırıq”.
Azsiyasət.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva öz “Twitter” hesabında yazıb.
“Biz Ermənistandan beynəlxalq hüquqla müəyyən olunan öhdəlikləri yerinə yetirməsini tələb edirik”, - o qeyd edib