Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəhid jurnalistlərin ailələrinə başsağlığı verdi - FOTO
05 iyun, 2021 12:59
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iyunun 4-də saat 11 radələrində işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan media nümayəndələrinin ailələrinə və yaxınlarına başsağlığı verib.
Azsiyasət.com xəbər verir ki, dövlət başçısının başsağlığını şəhid media işçilərinin yaxınlarına Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çatdırıb.