Gəncləri həbs etdirən kimdir: kitab mağazasında uşaq bezləri satılır - FOTOLAR

07 iyun, 2021 16:09

Xəbər verdiyimiz kimi, kitab mağazalarından birindən 2 ədəd kitab oğurladığına görə, paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov Səbail rayon polis idarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar. Gənclər mağaza rəhbərliyinin polisə müraciəti əsasında saxlanılıb.

Gənclərin 2 ədəd kitaba görə polis orqanları tərəfindən saxlanılması hazırda sosial mediada müzakirə olunan əsas manşet mövzulardan biridir. Sosial şəbəkə istifadəçiləri gəncləri müdafiə edərək, 2 ədəd kitab oğurluğuna görə onların saxlanılmasını qətiyyətlə pisləyirlər.

Azsiyasət.com saytı iki gəncin hansı mağazadan oğurluq etdiyini və mağazanın kimə məxsus olduğunu araşdırıb.

Məlum olub ki, söhbət paytaxtın Səbail rayonu ərazisində (Tarqovı” adlanan küçədə) yerləşən “Ali və Nino” kitab mağazasından gedir. Mağazanın rəhbəri isə cəmiyyətdə kifayət qədər tanınan Nigar Köçərlidir.

Məsələnin aktuallığını nəzərə alaraq, qısa araşdırmalarımız zamanı ortaya çıxdı ki, “Ali və Nino” kitab mağazalar şəbəkəsi uşaq bezlərinin, qadın donlarının, kosmetik məhsulların satışı ilə də məşğuldur.

Azsiyasət.com saytının əməkdaşı “Ali və Nino” mağazası ilə əlaqə saxlayıb. Mağazanın adının çəkilməsini istəməyən xanım əməkdaşı bildirdi ki, iki nəfər gənc həqiqətən də “Ali və Nino” mağazalar şəbəkəsindən kitab oğurladığına görə saxlanılıb.

Mağazanın əməkdaşı ""Ali və Nino” uşaq bezlərinin və müxtəlif məhsulların satışı ilə də məşğul olurmu?" sualını da cavabsız qoymadı: 

“Biz adını çəkdiyiniz bu məhsulları mağazalarımızda deyil, onlayn satış platforması üzərindən satırıq. Bizim mağazamız yarandığı gündən bu günə qədər kitab satışı ilə məşğuldur. Adını çəkdiyiniz məhsullar bizim mağazada yoxdur, bunun yalnız bundan sonra da onlayn platformada satışı olacaq”.

Maraqlıdır ki, cəmiyyətdə daha çox kitab təbliğatçılarından biri kimi özünü tanıtdırmağa nail olan N.Köçərli iki gəncin polis orqanları tərəfindən saxlanılmasına niyə belə ciddi-cəhdlə çalışıb? Axı kitab təbliğatı ilə məşğul olan, zaman-zaman insanların kitab oxumasını zəruriliyindən danışan N.Köçərli iki gənc oğlanın polis orqanları tərəfindən görüntülərinin çəkilib yayılmasına necə dözə bilir? Bəs milli ruh, gəncliyə olan inam, etimad və kitaba olan sevgi!? Bəs dahilərin “kitab oğrularını ittiham etmək səfehlikdir” kəlamı...!?

Şübhəsiz, heç kəs bu iki gəncin kitab oğurlamasına haqq qazandırmır. Bu, biznes sahəsidir və N.Köçərli də iki gəncin kitab “oğurlayan” əllərini öz biznesinə soxulan “böyük” hadisə kimi dəyərləndirib və hiddətlənib. Ancaq bu iki kitabın olsa-olsa, dəyəri 10-20 manatdan artıq ola bilməz. Belə çıxır ki, o, gəncləri cəmi 10 manata görə saxlanılıb.

Polis orqanlarının isə belə bir işə imza ataraq, az qala iki gənci "terror təşkilatçısı" kimi lentə alıb ictimailəşdirməsi əsl rəzillikdir. Bu iki gənci çağırıb onlarla profilaktik söhbətlər aparıla bilməzdimi? Polisin işi yalnız həbs etmək, hadisənin ictimai yükünü nəzərə almadan insanları rüsvay etməkdirmi? O iki gəncin videosunun insan iliyinə işləyən, kriminal musiqi altında yayılması polisin təşəbbüsüdür, yoxsa N.Köçərlinin tələbi!? Bu, başqa mövzudur, buna da qayıdacağıq. 

Qeyd edək ki, hazırda onlarla məşhur insan, sosial şəbəkə istifadəçiləri, jurnalistlər iki gəncin “oğurladıqları” kitabın pulunu vermək üçün N.Köçərlidən cavab gözləyirlər. İnanırıq ki, 2 kitaba görə gəncləri polis bölməsində videolentə aldırıb rüsvay edən N.Köçərli bu təklifdən imtina etməyəcək.

Azsiyasət.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR