Saxta əlilliyi ifşa olunan "müharibə əlili" həkimi döydü - VİDEO

07 iyun, 2021 18:03

Əyani müayinə zamanı müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilən Bərdə rayon sakini Mustafayev Şamail Hümbət oğlunun müayinəni həyata keçirən komissiyanın üzvü həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Nazirlikdən Azsiyasət.com-a verilən məlumata görə, əlillik təyinatı sisteminin şəffaflaşdırılması tədbirləri davam etdirilir. Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar saxta əlillik təyinatları aşkara çıxarılaraq ləğv edilir, saxta “müharibə əlili” statusu adı altında müharibə əlillərinin haqqına girənlərin qeyri-qanuni sosial ödənişlər almasının qarşısı alınır.

Bu məqsədlə aidiyyəti qurumların və qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı ilə əyani müayinələr (videoçəkilişləri də aparılmaqla) keçirilir.

Son əyani müayinələrin birində Ş.Mustafayevin 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının onun barəsində rəsmiləşdirdiyi göndərişdəki diaqnoz (“kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya” və s.) təsdiqini tapmayıb. Ümumiyyətlə onun sağlamlıq durumunda heç bir əlillik əlaməti olmadığı və beş il əvvəl "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ona aparılmış ikinci dərəcə əlillik təyinatının da saxta olduğu müəyyən edilib.

Müayinə zamanı Ş.Mustafayev gözlənilmədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qadın həkim-ekspertinə hücüm edərək onu yumruq zərbələri ilə döyməyə başlayıb və nalayiq ifadələr işlədib. (video linkdə)

Ötən dövrdə saxta, “müharibə əlili” statusu adı altında, haqqı çatmadan dövlətdən pensiya və təqaüd formasında hər ay 1300 manatdan yuxarı sosial ödəniş alan Ş.Mustafayevin hərəkətinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə müraciət olunub.

 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI