"İdeal"ın keçmiş rəhbəri: "Cahangir Əsgərovun xanımı şirkəti əlimdən aldı"

07 iyun, 2021 20:55

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov deyir ki, AZAL rəhbəri Cahangir Əsgərov və onun xanımı Zərifə Həmzəyeva zorla bu şirkəti əlindən alıb. Onun sözlərinə görə, bu barədə həqiqətləri dilə gətirdiyi, dövlət orqanlarına, məhkəmələrə üz tutub haqqının bərpasını tələb etdiyi üçün cəzalandırılaraq həbs olunub. İsmayılov iyunun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən belə deyib.

İşadamı bildirib ki, 1999-cu işdə təkbaşına yaradıb genişləndirdiyi şirkəti sonradan əlindən almağa cəhd göstərməyə başlayıblar. Bu məqsədlə müxtəlif hiylələrə əl atıblar:

"Sonda da məni öz pulumu mənimsəməkdə ittiham etdilər. Mənə ittiham verilib ki, şirkətin 680 min manatını mənimsəmişəm. Mən öz pulumu necə mənimsəyə bilərəm? Həmin dövrdə ondan 10 dəfə artıq məbləğdə şirkətə vəsait mədaxil etmişəm. Əlimdə bunu təsdiqləyən qəbzlər də var. Məhkəməyə təqdim edirəm. Amma nədənsə qəbul eləmək istəmirsiz....".

2011-ci ilin noyabrına qədər "İdeal"ın tək sahibi olduğunu deyən İsmayılovun sözlərinə görə, sonradan "Premium Bank"ın rəhbərliyində təmsil olunan şəxslər ona ortaqlıq təklif ediblər. O da bu təklifi qəbul edib: "Bu bank da Cahangir Əsgərovun xanımınındır. Mağazalar şəbəkəsinin 50 faizinə onlar sahib oldular".

Daha sonra şirkətin fəaliyyətinin genişlənməsi məqsədilə bankdan şirkətə kreditlər ayrılıb. İşadamı iddia edir ki, bankdan götürdüyü kreditin şərtləri ondan xəbərsiz dəyişdirilib, tələblər sərtləşdirilib: "Manatla götürdüyüm kredit dollara çevrilmişdi. "İdeal"dakı payım girov göstərilmişdi. Kredit borcum qrafik üzrə hər ay üçün 250 min dollar olmuşdu. Bu təzyiqlərdən sonra məcbur olub qalan 50 faizlik payın 25-ni də onlara satdım".

İsmayılovun sözlərinə görə, 2017-ci ildə "Premium Bank" rəhbərliyinin şikayəti əsasında onun haqqında cinayət işi başlanıb və həbs olunub. O iddia edir ki, əsl səbəb isə əlində qalan 25 faizlik pay idi: "Həmin vaxt "Premium Bank" rəhbərliyindən Elçin Əhmədov mənə dedi ki, "İdeal"dakı qalan 25 faizlik payını verməsən, illərlə həbsdə qalacaqsan. Razılaşdım, 2017-ci ilin sentyabrında Elçin Əhmədov vəkili ilə həbsxanaya gəldi və mənə vəkilin adına etibarnamə imzalatdırdılar, payı verdim. Ondan sonra məni buraxdılar, cinayət işinə də xitam verdilər".

İşadamı vurğulayıb ki, başına gələnləri ictimailəşdirdiyinə görə onu cəzalandırmaq, həm də susdurmaq məqsədilə yenidən həbs ediblər.

"Premium Bank" isə İsmayılovun dediklərini təkzib edib. Bankdan bildirilib ki, İsmayılov müxtəlif dövlət orqanlarına şikayət edib, amma onun iddiaları təsdiqini tapmayıb.

"Premium Bank" da AZAL rəhbərinin xanımı Zərifə Həmzəyevaya məxsusdur. O, bankın əsas səhmdarıdır. Həmzəyeva həm də Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan "Gazelli" şirkətinin rəhbəridir.

"İdeal"ın idarəçiləri 2020-ci ildə "Sabina" mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company"yə daxil edilib.

Azadliq.org

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR