"Siz, heç təsəvvür edirsiniz 10 milyon pul nə qədərdir?" - Süleyman Mikayılov danışdı

09 iyun, 2021 11:11

Mətbuatda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov haqqında sensasiyalı xəbər yayılıb. 

İcra başçısının illərlə topladığı, sürücüsü Mahirin və onun yaxınlarının adına rəsmiləşdirdiyi əmlaklar əlindən çıxıb.

"İddia olunur ki, sürücüsü Süleyman Mikayılovdan xəbərsiz özünün və yaxınlarının adına olan, dəyəri bir neçə milyonla ölçülən əmlakları müxtəlif şəxslərə satıb. Bir neçə gün əvvəl isə koronavirus infeksiyasına yoluxma adı ilə işə çıxmayıb. Süleyman Mikayılov nə baş verdiyindən xəbər tutanda isə sürücü artıq ölkədə olmayıb", - məlumatda qeyd olunur.

İddiaya görə, hazırda Süleyman Mikayılov çox çətin durumdadır: "Sürücünün rəsmi axtarışa verilməsinin onun özünün karyerasını sual altına qoyacağını bilir. Anlayır ki, Mahir əli qandallı, rəsmi olaraq tutulub ölkəyə gətirilərsə və istintaqa cəlb olunarsa, dəyəri 10 milyonlarla ölçülən varidatı da rəsmi olaraq, etiraf etməlidir. Azərbaycanda vəzifədə olan və korrupsiya bataqlığında çabalayan hər bir məmur üçün bundan "qorxulu yuxu" yoxdur".

Süleyman Mikayılov bu gün LAF.TV-yə müsahibəsində barəsində yayılan informasiyalara aydınlıq gətirib. İcra başçısının adıçəkilən telekanalın rəhbəri Ləman Ələşrəfqızı ilə müsahibəsini təqdim edirik:

- Süleyman müəllim, bu gün "Yeni Müsavat" qəzeti yazıb ki, sürücünüz sizə məxsus 10 milyonu götürüb qaçıb...

- Nə vaxt? Elə şey ola bilər?

- Azərbaycanda hər şey ola bilər...

- Yox, bu tam cəfəngiyyat bir şeydir...

- Sizdə 10 milyon yoxdur, yoxsa...

- Yazıblar ki, bir neçə gün bundan qabaq pulu götürüb gedib. Mənim şoferim 15 ildir yanımdadır. Sadəcə onun yoldaşı ağır xəstə olub. Ötən ilin avqust ayında ərizə yazdı, xahiş etdi ki, mən gedim, xəstə düzələndən sonra qayıdaram. Mən də dedim ki, problem yoxdur. Yazırlar ki, respublikanı tərk edib filan. Bunlar yalan söhbətlərdir.

- İcra başçılarının adları tez-tez 10, milyon, 100 milyon qalmaqallarında hallanır…

- Siz heç təsəvvür edirsiz, 10 milyon pul nə qədərdir?! Mən orta məktəbdə oxumuşam, 10 milyonu saymaq üçün 4 ay vaxt lazımdır...

- Amma saymaq vaxtını bilirsiz ha...

- Yalan söhbətdir. Mənim 10 milyon, 5 milyon... Bunlar hər şeyi boş şeyə çeviriblər. Hamısı cəfəngiyyatdır.

- Süleyman müəllim, sizin haqqınızda Vikipediya məlumatlarına baxdım. Orada yazılıb ki, Lənkəran cinayətkar qrupunun liderlərinin siyahısına daxilsiz...

- Ay xanım, bu nə sözdür, cinayətkar adam...

- Süleyman müəllim, bu sizin haqqınızda rəsmi məlumatlar olan Vikipediya səhifəsində yazılıb...

- Mən icra başçısıyam, dövlət məmuruyam. Mənim nə mətbuat xidmətim var, nə də onlarla maraqlanıram.

- Siz heç bilirsizmi, Vikipediya səhifəsi nədir?

- Heç oxumamışam da. Mən neynəməliyəm ki?

- Ən azı oxumalısız, yeniləməlisiz... Burada haqqınızda oxuyuruq, Lənkəranın, Yardımlının, Qaradağın icra başçısı olmusuz, Prezident bu vəzifələrə sizi təyin edib. Amma burada mafiya başçısı kimi təqdim olunursuz...

- Bir adam tap ver də, məşğul olsun.

- Biz niyə məşğul olmalıyıq, sizin mətbuat xidmətiniz, icra aparatınız var, onlar məşğul olsunlar. Süleyman müəllim, milyonlardan söz düşmüşkən, sizin neçə milyonunuz var?

- (gülür) Hamısı yalan söhbətdir...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR