Abel Məhərrəmov 800 minlik borcundan danışdı: "Məhkəmə işindən xəbərim yoxdur, heç maraqlanmıram da"
09 iyun, 2021 16:34

Bakı Dövlət Universitetinin sabiq rektoru, AMEA üzvü Abel Məhərrəmovun ustalara 800 min manatdan artıq borcunun olması iddiası üzrə məhkəməyə verilib. Məlumata görə, sabiq rektor məhkəmə qərarı ilə 800 min manatdan artıq vəsaiti ödəməli olacaq.
İddia edilir ki, Abel Məhərrəmov işlətdiyi usta və fəhlələrin pullarını vermədiyi üçün bu məbləği ödəməli olacaq.
Məsələ ilə bağlı sabiq rektor Abel Məhərrəmov Demokrat.az-a açıqlamasında yayılan məlumatlara qısa münasibət bildirib.
O deyib: "Bu barədə məlumat yayılıbsa, nə edə bilərəm? Məhkəmə işindən xəbərim yoxdur, heç maraqlanmıram da".