Məşhur məmurun qızı ilə bağlı daha bir qalmaqal - Dələduzluqda ittiham olundu

09 iyun, 2021 17:20

“Biz Aysel Şükürlə “Giveaway” yarışı etmək istəmişik. Uduşda telefon və pul qoyacaqdı. Oyunda iştirak etmək istəyən hansı sponsor pul veribsə, avtomatik həmin məbləği Aysel xanımın hesabına köçürmüşük. Bunu sübuta yetirəcək qəbzlər var. Toplam Aysel Şükürə 11 min manat ödənilib”.

Azsiyasət.com xəbər verir ki, bu sözləri təşkilatçı Gülər Cavadlı deyib. O, məşhur bloqqer Aysel Şükürovla əməkdaşlıq etmək istədiyini, lakin böyük bir problem yarandığını bildirib.

G.Cavadlı iddia edir ki, ki, Ayselə göndərdiyi 11 min manatı geri ala bilmir:

“Yarışı mayın 28-nə keçirməyi qərarlaşdırdıq. Sponsor siyahımız tamamlanmadı. Biz ondan möhlət istədik ki, vaxtı uzadaq. Ayın 1-ni üçün razılaşdıq, amma ondan sonra qeybə çəkildi. Hazırda yarışa qoşulmaq istəyən 89 sponsor var. Onlar da oyunun keçirilməsini istəmir, pullarını tələb edirlər. Mənə deyir ki, 11 min manat ödəməmisən. Qəbzləri ona bir-bir atmışam. Kartımı da atmışam ki, ödənişi geri qaytarın. Sponsorlar da tələb edir ki, polisə şikayətçi olaq”. (Qafqazinfo)

Aysel Şükür isə instaqram səhifəsində ittihamlara cavab verib. O, təşkilatçı ilə mesajlarının sürətini, səsyazısını instaqram səhifəsində paylaşaraq həmin şəxslərin dələduz olduğunu iddia edib:

“Bir xanım mənimlə əlaqə saxladı ki, səhifənizdə yarış keçirmək istəyirəm. Razılaşmadım, çünki tanımadığım insanlarla əməkdaşlıq etmirəm. Daha sonra yalvardı ki, ehtiyacım var. Mənə söylədi ki, borclarım var, pis vəziyyətdəyəm. Razı oldum! Söylədi ki, mayın 28-də yarışa başlayacağıq, o vaxta kimi sponsorları yığacam. Mən də qabaqcadan xəbərdarlıq etdim ki, 28-i mütləq başlamalıyıq, yoxsa problem yaranacaq. Çünki yarışın bir gün belə gecikməsini istəmirəm. Mayın 27-də həmin xanıma yazdım ki, sabah başlayırıq? Mənə cavab yazmadı, telefonu götürmədi. Dedim ki, məni ələ salmısız? Hədiyyələr alınmalıdır, foto çəkilməli, post hazırlanmalıdır. Yenə telefon zənglərimə cavab vermədi.

Yazdıqca mənə xəstə övladının fotolarını atır ki, bu yarışa ehtiyacım var. Başa düşmüşəm, şəfalar diləmişəm, cavab yazmışam ki, belə şeylər mənə atmayın, pis oluram. Sonra bir-iki gün möhlət istədi, iyunun 1-nə kimi uzatdıq. Mənə dedi ki, qoyulan vaxtdan ötüşməyəcək, yarış keçiriləcək. Sən demə, bunlar iki nəfər imiş. Biri ilə əvvəlcədən əməkdaşlıq etmişəm. Başıma bu cür oyun açmışdılar, əlaqəmi kəsmişdim. Utanmadan bu xanımla şərik olub, onu bu dəfə qabağa verib. Gecə saat 1-də evə qəlib qapımı döyüb məni narahat ediblər. Dələduzdular, heç bir bloqqer onlarla çalışmasın. Kim o dələduzlara pul veribsə, tələb etsin! Hər bir sponsora ayrı qiymət deyiblər. Biabırçılığın dərəcəsinə baxın”.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"